Tromelin adası (fr. Tromelin) — Hind okeanında yerləşən yaşayışı olmayan ada. Adaya Mavriki iddia edir. Bununla belə Fransanın nəzarətindədir.
Tromelin adası | |
---|---|
fr. Tromelin | |
Ümumi məlumatlar | |
Sahəsi | 1 km² |
Uzunluğu |
|
Eni | 0,7 km |
Hündür nöqtəsi | 7 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
15°53′32″ c. e. 54°31′29″ ş. u. | |
Ölkə | Fransa |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyinin bir parçası olan Fransanın Cənub və Antarktika əraziləri bölgəsinin Eparse adaları zonasına daxildir. Coğrafi baxımından isə Mavriki daxili adalarına daxildir.
Ada Hind okeanının cənubunda, Madaqaskardan 450 km şərqdə yerləşir. Ada vulkan mənşəllidir. Burada qoruq təşkil edilmişdir.
Adada uçuş zolağı vardır.
Ada rəsmi olaraq 1722-ci ildə kəşf edilmişdir. 1761-ci ildə gəmi qəzası zamanı adaya 125 gəmi üzvü və 89 qul pənah gətirmişdir. Gəmi üzvləri gəzaya düşmüş gəminin hissələrindən 2 ay müddətinddə kiçik bir gəmi inşa edərək adadan getmişlər. Komanda üzvləri gedərkən adada 60 malaqaşili qulu saxlamışdılar. 15 ildən sonra 29 noyabr 1776-cı ildə leytenant Tromelinin komandası La Dauphine gəmisində adaya yan almışdır. o burada 7 qadın və səkkiz aylıq bir körpəni aşkarlayır. Ada bundan sonra kapitanın şərəfinə adlandırılır