Trumanın şousu (ing. The Truman Show) — Piter Uirin rejissorulu ilə 1998-ci ildə çəkilmiş film. Filmdə Cim Kerri, Lora Linni, Ed Harris və Nataşa Makelhon kimi ulduzlar yer alıblar.[10]
Trumanın şousu | |
---|---|
ing. The Truman Show | |
Janr | elmi-fantastika filmi, komediya filmi, dram filmi, faciəvi komediya, antiutopiya filmi[d] |
Əsas mövzu | Həyatın mənası |
Prodüserlər | |
Baş rollarda | |
Bəstəkarlar |
|
İstehsalçı | Paramount Pictures |
Distribütor | UIP-Dunafilm[d] |
İlk baxış tarixi | 1 iyun 1998[8], 12 noyabr 1998[9], 1998 |
Müddət | 99 dəq. |
Büdcə | 60.000.000 $ |
Gəlir | 264.118.201 $ |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID0120382 |
Vikianbarda əlaqəli mediafayllar |
Trumanın şousunun ABŞ-də gəliri 125,618,201 dollar, beynəlxalq gəliri 138,500,000 dollar, ümumi qazanc isə 264,118,201 dollara çatmışdır. Film ABŞ-də ilk nümayişə girdiyi həftə 31,542,121 gəlir əldə etmişdir.[11]
Truman Burbank gözəl bir adada yaşayır, işi evi və həyat yoldaşı var. Ancaq Trumandan başqa hamsı bunların yalan və oyun olduğunu bilir. Trumanın gerçək saydığı həyatı əslində studiyalarda otuz ildir aralıqsız və reklam verilmədən 24 saat boyunca canlı olaraq televiziyada yayınlanmaqdadır.
Trumanın anası, atası və həyat yoldaşı ümumiyyətlə bütün ailəsi də saxtadır. Uşaqlığında belə film çəkilən kinostudiyadan başqa xarici dünyanın olmadığını Trumana razı salmağa çalışmışlar. Məktəblərində səyyahlıq kimi xarici dünya ilə tanış olmağa gətirib çıxara biləcək məsələləri öyrənməsinə icazə verilməmişdir. Sudan qorxmasına şərait yaratmaq üçün saxta atasının suda boğulması səhnəsi yaradılmışdır.
Məktəb illərində qarşılaşdığı bir qıza aşiq olmuşdu. Qızın saxta adı Laurendir, öz adı isə Silviadır. Silvia Trumana həqiqətləri, yəni həyatının bir yalan olduğunu demişdir. Sonra isə Silvia saxta atası tərəfindən Fici adalarına aparılmışdır. Əslində isə Silvia serialdan çıxarılmışdır.
Truman ölmüş atasını küçədən keçərkən görənə qədər baş verənlərin yalan olduğunu bilməmişdir. Həyat yoldaşının evlilik şəkillərində saxtalıq hiss elədikdən sonra həqiqəti öyrənməyə başlamışdır. Otuz yaşına girdiyi dövrdə seriala müqavimət göstərmiş və əsil dünyaya dönməyi bacarmışdır.