Tsona mağarası

Tsona mağarası.

Haqqında[redaktə | mənbəni redaktə et]

Qafqazın paleolit düşərgələrindən biri də Tsona mağarasıdır. Mağara Cənubi Osetiya ərazisində olub, Kudaro mağara düşərgəsindən 5–6 km cənubda dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. Mağarada qazıntı işləri 1958-1969-cu illər arası A.N.Kalandadzenin rəhbərliyi altında aparılmışdır. 1977-ci ildə isə bu abidədə qazıntı işlərinə D.M.Tuşabramişvili rəhbərlik etmişdir. Düşərgənin III-IV-V təbəqələrindən Mustye, VI-VII təbəqələrindən isə Aşel dövrünə aid maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur. Tsona mağara düşərgəsinin çöküntü qalıqlarının ümumi qalınlığı 16 m-ə bərabərdir. Abidədən arxeoloji qazıntılar zamanı daş məmulatları və fauna qalıqları əldə edilmişdir. Əmək alətləri içərisində əl çapacaqları və kobud çapma alətləri çoxluq təşkil edir.

Mənbə[redaktə | mənbəni redaktə et]

İradə Avşarova, Qənirə Pirquliyeva. Qafqaz arxeologiyası. Bakı,2010.