Tsuşima (yap. 対馬) — Yapon dənizində yerləşən ada.[1] İnzibati cəhətdən Yaponiyanın Naqasaki prefekturasına[2] daxildir. 1872-ci ilə qədər müstəqil Tsuşima vilayəti ərazisinə daxil olmuşdur. Ada Koreya boğazında Cənubi Koreya[3][4][5] ilə sərhəddə yerləşir. Ümumi sahəsi 696,3 km², əhalisi 34,4 min nəfər təşkil edir.
Tsuşima | |
---|---|
yap. 対馬 | |
Ümumi məlumatlar | |
Adaların sayı | 16 |
Ümumi sahəsi | 696,3 km² |
Hündür nöqtəsi | 649 m |
Əhalisi | 34.400 nəfər (2010-cu il) |
Yerləşməsi | |
34°25′00″ şm. e. 129°19′37″ ş. u. | |
Ölkə | Yaponiya |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1900-cü ilə qədər Tsuşima bir adadan ibarət olmuşdur. Sonradan Aso kanalı ilə ada iki yerə bölünmüşdür. Şimal hissədə yerləşən ada Kaminosima, cənubda yerləşən ada isə Simonosima adlanır. Tsuşima adası ətrafında yerləşən kiçik adalar onun ərazisinə daxildir. İki adanı yanız körpü birləşdirir.
Ada yapon quldurlarının mərkəzi olmuşdur. Onların fəaliyyətinə qarşı 1419-cu ildə Koreya imperatoru tərəfindən Tsuşimaya hüçum təşkil edilmişdir.
1861-ci ildə rus korveti "Posadnik" 8 aydan artıq Tatamur körfəzində dayanmışdı. Bir müddət sonra onlar adanın şimalını ələ keçirə bilirlər. Burada ruslar tərəfindən müvvəqəti yaşayış məntəqi salınır. Bu Yaponiyanın mərkəzi hökumətini narahat edirdi. Yaponlar mövcud vəziyyət barədə Britaniya vitse admiralı Ceyms Houpa məlumat verilir. Onlar rusların bölgədə olması Britaniyanın ticarətinə zərbə vura biləcəyi ilə xəbərdarlıq edirlər. Yaponiya və britaniya ruslara diplomatik təziqlər göstərməyə başlayırlar.[6]
27 may 1905 il Rus-yapon müharibəsi ən mühüm döyüşü olan Tsuşima döyüşü baş vermişdir.
Adanın əsas gəlir mənbəyi balıq və dəniz məhsulları təşkil edir. Üstəlik adada turizm inkişaf etmişdir. Adanın mərkəzi eyni adlı Tsuşima şəhəridir. Şəhər 7 qəsəbənin birləşdirilməsi ilə yaradılmışdır.