Tsuşima cərəyanı

Tsuşima cərəyanıKurosio cərəyanının bir qolunu təşkil edir. Tsuşima boğazından keçərkən iki qola ayrılır. Əsas qol və Şərqi Koreya qolu.

Tsuşima cərəyanı
Şərqi Koreya cərəyanı (4)
Şərqi Koreya cərəyanı (4)
Ümumi məlumatlar
Akvatoriya Sakit okean
Tip İsti
Orta axın cərəyanı 0,5-1
Duzluluğu 34,1-34,4 

Tsuşima boğazının 47 km dar hissəsindən keçərkən cərəyan zəyifləyir. Tsuşima cərəyanının güçü 0,5—1 km/s təşkil edir ki, bu da Kurisio cərəyanından 5 - 10 dəfə kiçikdir. Cərəyan dar boğazdan keçdikdən sonra cənubdan şimala istiqamətlənir. O əsasən Yaponiyannın qərb sahilləri ilə keçir. Bu səbəbdən Yapon dənizinin şərq sahili ilə qərb sahili arasında qışda 5—6 °С, yayda isə 1—3 °С fərq olur[1]. Yaponiyanın sahilləri subtropik iqlimə malik olduğu halda, Rusiyanın sahilləri isə mülayim iqlimə malikdir. Şimalda Primorsk cərəyanının təsiri ilə Tsuşima cərəyanı Sanqar boğazı ilə Sakit okeana çıxır. Sanqar boğazından bu cərəyanın 70 % çıxdığı halda yerdə qalan 30 % Soya cərəyanını əmələ gətirir[2].

Bununla belə Tsuşima cərəyanı Rusiyanın şərq sahillərinə öz müsbət təsirinidə göstərir. Qərbi Saxalin dağlarında enliyarpaq meşələrin formalaşması, Saxalin babuku buna bariz nümünədir. Bu cərəyanıntəsiri Hokkaydonun cənubu və Cənubi Kuril adalarının iqlimini dəyişir[3]. Tsuşima cərəəyanı özünün maksimin temperaturuna avqustda çatır. Bu zaman onun temperaturu 21-22°С olur. [4]

  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
  2. "Природопользование, состояние и тенденции изменений морской среды прибрежных районов России в Японском море". 2018-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
  3. "Диссертация на тему «Течение Соя и его влияние на распределение и миграцию морских организмов в Южно-Курильском районе» автореферат по специальности ВАК 11.00.11 - Охрана окру..." 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
  4. "Uzaq Şərq - Sənədli film - Birinci kanal". 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.