Soya cərəyanı

Soya cərəyanı (yap. 宗谷海流) — Yapon dənizinin ən şimal hissəsindən keçən isti dəniz cərəyanı. Son qolosen dövründə Soya cərəyanının sürəti zəyifləmiş Oxot dənizinin cənub hissəsinə təsiri olduqca azalmışdır. Bu baxımda Kiçik Kuril adaları daha çox seçilir[1]. Burada Sakit okeanın ərazisindən keçən soyuq Oyaşio cərəyanı Soya cərəyanının zəyifləməsinə təsir göstərir. Soyanın ən güşlü sıəsiri isə hələ də Saxalin adasının cənub-qərb və cənub hissələrinə, Moneron adasına, Kunaşirİturup adalarının Oxot dənizi hissələrinə təsir göstərir[2].

Soya cərəyanı
Soya cərəyanı (6)
Soya cərəyanı (6)
Ümumi məlumatlar
Akvatoriya Sakit okean
Tip İsti
Duzluluğu 33,8—34,5 

Soya cərəyanı öz növbəsində [3] Tsuşima cərəyanınin şimal qolunu təşkil edərək onun güçünün 30 % özü ilə aparır. Burada Primorsk cərəyanının təsiri ilə şimala istiqamətlənir. Laperuz boğazı ilə Soya burnunun yaxınlığından Oxot dənizinə keçir. Burada isə iki qola bölünür[4]. Şimal qolu dairəvi formada hərəhət edir. Hokkoyda adasının şimal sahillərindən keçərək Kunaşir adasına istiqamətlənir[5]. Oxot dənizinin şimalına yaxın isə soyuq cərəyanların təsini ilə hər iki qol Sakit okeanına istiqamətlənir. Urup, Şikotan, İturup və Kunaçir adalartının arasından keçir. XVII—XVIII əsrlərdə cərəyanın kiçik buzlaşma dönəmində Şikotan adasında palıd ağacı yoxa çıxmışdır.

Bu isti cərəyan Okot dənizinin flora və faunasına mühün fraktiki əhəmiyyəti vardır. Soyuq və isti cərəyanların toqquşduğu ərazi olan bölgə dəniz canlıları baxımından zəngindir[6]. Digərv tərəfdən güçlü sənayeləşən Yaponiyanın tullantı suları bu crəyan vastəsi ilə Oxot dənizinə istiqamətlənir. Bu ərazi isə Rusiyanın məhəlli sularıdır.

Soya cərəyanının isti və duzlu suları Oxot dənizini Hokkaydo adası sahilləri, oradan isə Cənubi Kuril adaları istiqamətində yönəlir. Cərəyan 0-70 metr dərinliklə hərəkət edir. Cərəyanın duzluğu 33,8—34,2 ‰; iyun-noyabr aylarında tempertaturu isə +14…+17° təkil edir[7]. Bu dövrdə cərəyan Saxalin adasının cənub-qərb hissəsini, Moneron adasını, Hamobay adalarının şimalını qızdırır. Yayda bu regionda daha az duman və yağış olur[8]. Günəş radiasiyasının çox düşməsi səbəbindən bölgənin flora və faunası zənginləşir. Qışda isə burada qar örtüyü daimi olmur[9]. İsti cərəyan yayda Aniva körfəzində suyun temperaturunu +24° qədər artırır[10]. Kunaşirin Oxot dənizi sularında isə temperatur +20° qədər artırır. Bu isə rusların burada çimməyini mümkün edir[8]. Qışda və yazda isə onun təsiri olduqca azalır. Bu zaman ona soyuq Şərqi Saxalin cərəyanı əks təsir göstərir.

  1. "Arxivlənmiş surət" (PDF). 2016-07-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-04.
  2. "Arxivlənmiş surət" (PDF). 2016-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-04.
  3. "Природопользование, состояние и тенденции изменений морской среды прибрежных районов России в Японском море". 2018-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  4. "Arxivlənmiş surət" (PDF). 2013-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-04.
  5. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  6. "Течение Соя и его влияние на распределение и миграцию морских организмов в Южно-Курильском районе - темы дипломов, курсовиков, рефератов и докладов". 2013-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.
  7. "АТЛАС ПО ОКЕАНОГРАФИИ БЕРИНГОВА, ОХОТСКОГО И ЯПОНСКОГО МОРЕЙ". 2013-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.
  8. 1 2 "Новая Курилороссия". 2013-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.
  9. "Arxivlənmiş surət". 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  10. "Мыс Анива. Фотографии. - Анивский залив - Отчеты по рыбалкам - Статьи - Морская рыбалка на Сахалине". 2013-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.