Tsubame Sənaye Materialları Muzeyi

Tsubame Sənaye Materialları Muzeyi[a] (燕市産業史料館, Tsubame-şi Sanqyo Şiryokan?)Yaponiyanın Niiqata prefekturasının Tsubame şəhərində yerləşən tarix və sənaye muzeyi. Muzey Tsubame şəhərinin sənaye tarixinə həsr olunmuşdur.

Tsubame Sənaye Materialları Muzeyi
Xəritə
Əsası qoyulub 1973
Ölkə
Yerləşir Tsubame[d]
37°39′10″ şm. e. 138°55′09″ ş. u.HGYO
tsubame-shiryoukan.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Muzeyin planı.

Tsumabe şəhəri Yaponiyada qaşıq, bıçaqçəngəl istehsalı ilə məşğul olan əsas yer hesab olunur. Muzey 1973-cü ildə açılmışdır. 1984-cü ildə Maruyama kolleksiyası muzeyə əlavə olunmuşdur. 2008-ci ildə muzeyin yeni binası istifadəyə verilmişdir. Yenidənqurma işlərindən sonra muzey 19 aprel 2019-cu ildə ildə yenidən açılmışdır.[1]

Muzey əsas bina və yeni bina olmaqla iki tikilidən ibarətdir. Əsas bina iki mərtəbədən ibarətdir. Əsas binanın birinci mərtəbəsi Tsubame şəhərinin metalişləmə sənayesinə, texnologiya tarixinə və ənənələrinə, sənətkar bacarıqlarına həsr olunmuşdur. Burada qrafik dizaynlar, videolar, vorkşoplar nümayiş etdirilir. İkinci mərtəbədə isə qalereya yerləşir. Burada tsuiki (mis məmulatı), yasuri (yeyə), kiseru (tütün borusu), çokin (metaloyma məmulatı) kimi Tsubame şəhərinə aid olan işlər sərgilənir.[2]

Muzeyin yeni binasında Dünya Qaşıq Zalı yerləşir. Bu zalda Toyonori İto tərəfindən yığılmış, dünyanın müxtəlif ölkələrinə aid 5000 qaşıqdan ibarət kolleksiya sərgilənir. Yaponiyanın Qərb Çəngəl-Bıçağı Zalında şəhərin çəngəl-bıçaq sənayesinin tarixi və Yaponiya sənayesinin qərbləşməsi, yaponların qida mədəniyyətinin dəyişməsi haqqında məlumatlar verilir. Ümumi sərgi zalında Tsubame sənayesinin tarixi, yeni materiallar və texnikalar sərgilənir. Fəaliyyət zalında ziyarətçilərə qaşıq hazırlamaq və qaşıqların çəkisini müqayisə etmək təcrübəsi təqdim olunur.[3]

Yatate Kiseru zalında yatate (fırça və mürəkkəb qabı) və kiseru (dəmir tütün borusu) kolleksiyası olan Maruyama kolleksiyası sərgilənir. Seyciro Maruyamaya (1900–1982) aid olmuş bu kolleksiyaya 55 tütün qabı, 115 tütün borusu, 269 fırça və mürəkkəb qabı daxildir. Seyciro Maruyama Tsubame şəhərində doğulmuş və ailəsinin tütün borusu biznesi ilə məşğul olmuş kolleksiyaçı olmuşdur.[4]

  1. Yapon dilindəki rəsmi adı Tsubame Şəhər Sənayə Tarixi Muzeyi.
  1. "燕市産業史料館が19日リニューアルオープン 本館展示リニューアルと体験工房館新設で燕の産業観光の切り札に". Kenoh.com (yaponca). 28 sentyabr 2024 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2024. (#invalid_param_val)
  2. "Main Building". Muzeyin rəsmi saytı (ingiliscə). 28 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2024.
  3. "New Building". Muzeyin rəsmi saytı (ingiliscə). 28 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2024.
  4. "Yatate Kiseru Hall". Muzeyin rəsmi saytı (ingiliscə). 28 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]