Tsutomu Yamaquçi (16 mart 1916[1], Naqasaki – 4 yanvar 2010[2], Naqasaki) — 1945-ci ilin avqust ayında ABŞ tərəfindən Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə qarşı həyata keçirilmiş hər iki atom bombardmanından sağ çıxan yeganə şəxs.
Tsutomu Yamaquçi | |
---|---|
yap. 山口彊 | |
Doğum tarixi | 16 mart 1916[1] |
Doğum yeri | |
Vəfat tarixi | 4 yanvar 2010[2] (93 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədə xərçəngi[1] |
Fəaliyyəti | informatik, mühəndis |
1945-ci ildə ABŞ təyyarəsi Hiroşima şəhərinə atom bombası atan zaman bir iş üçün bu şəhərə gələn Tsutomu Yamaquçinin dərisi yanıb. Bir gecə Hiroşimada qaldıqdan sonra doğma şəhəri Naqasakiyə gəlib. Avqustun 9-da ABŞ təyyarəsi Naqasakiyə də atom bombası atıb. O, bu dəfə də sağ qalmağı bacarıb.
Yapon hökuməti Tsutomu Yamaquçini hər iki hücumdan sonra sağ qalan yeganə şəxs kimi qəbul edib. BMT-də 2006-cı ildə çıxış edən Tsutomu Yamaquçi başına gələn hadisələrlə bağlı kitablar və nəğmələr yazıb.
2010-cu ilin yanvarın 4-də 93 yaşlı Tsutomu Yamaquçi mədə xərçəngindən vəfat edib.[3]