Ttok

Müxtəlif rəngli düyü keksləri

Ttok (kor. ) – Koreya mətbəxində müxtəlif taxıl unu və qlütenli, yaxud qlütensiz düyüdən hazırlanan düyü keksi. Ümumiyyətlə bu keksin hazırlanmasında düyü əsas tərkib hissəsi kimi istifadə olunur, lakin bununla yanaşı kartof nişastası və digər dənli bitkilər də istifadə olunur, həmçinin ləzzət qatmaq  üçün müxtəlif növ maddələr də əlavə edilir. Ttok düyünün əsas yemək kimi yeyildiyi Cənub-şərqi Asiya və Şərqi Asiyada daha çox yayılmışdır. Koreyada insanlar bayram və toy mərasimləri kimi şənliklərdə və ya festivallarda çoxlu düyü keksi hazırlayırlar.

Mənşəyi və tarixi

[redaktə | mənbəni redaktə et]
Canqdokdedə qoyulan düyü keksi üçün saxsı qab - şiru

Əkinçilik başladığı zaman insanlar taxılı dəyirmandə üyüdürdülər və onu buxarda bişirirdilər. Yəni başqa sözlə desək, düyüdən əvvəl düyü keksi əsas yemək kimi yeyilirdi. Koreyada Üç Krallıqdan öncəki dönəmdə saxsı qab olan şiru kəşf edildi və qazanın ixtirasından əvvəl düyü keksinin bu saxsı qablarda buxarda hazırlanaraq əsas yemək kimi yeyildiyi ehtimal olunur. Ancaq Üç Krallığın dövründə qazanın düzəldilməsi ilə düyü keksi öz yerini düyüyə təhvil verdi, lakin əcdadlar üçün edilən ayinlər zamanı düyü keksi yeyilməyə davam edilirdi. Əkinçilik dönəmindən əvvəl ritual olaraq mal-qaradan istifadə edilir və ətindən yeyilirdisə, əkinçilik dönəmində işçi qüvvəsi kimi istifadə olunan heyvanların əvəzinə düyü keksləri yeyilirdi. Beksolgi və Şiruttok hələ də Koreyadakı konfutsi və ya şamanist ayinləri üçün əhəmiyyətli yemək hesab olunur.

Tərkibindən və necə hazırlanmasından asılı olaraq çox sayda düyü keksi vardır. Bunları böyük qrup şəklində 4 yerə ayıra bilərik.

  • Buxarda hazırlanmış düyü keksi
  • Döymə üsulu ilə hazırlanmış düyü keksi
  • Qızartma üsulu ilə hazırlanmış düyü keksi
  • Qaynatma üsulu ilə hazırlanmış düyü keksi

Uzun düyüdən hazırlanmış düyü keksi (karettok), şiru adlanan saxsı qabın içində buxarda hazırlanan düyü keksi(şiruttok), qlütenli düyüdən hazırlanan düyü keksi(çapsalttok), xurma tozu ilə hazırlanan şirin düyü keksi (qamttok), göyqurşağı rənglərilə qat verilərək hazırlanan düyü keksi (mucigettok), yarım ay formasında mal ətilə hazırlanan düyü keksi (sonqpyon), qəhvəyi şəkər tozunun da əlavə edildiyi həm qlütenli, həm də qlütensiz düyüdən hazırlanan düyü keksi(qulttok) və s. kimi növləri saymaq olar.

Karettok daha çox ay təqvimi ilə keçirilən yeni ildə ttok supunun içərisində yeyilir, sonqpyon isə Koreyanın məhsul bayramı olan çusoqda hazırlanıb yeyilir.

Şiruttok.

Şiruttok lobya və ya qırmızı lobya ilə qarışdırılaraq şiru saxsı qabında buxarda hazırlanan ttok növündən biridir. İlkin olaraq düyü suda saxlanılır. Daha sonra düyü və qırmızı lobya pastası şiruya qoyulur və üzərinə su əlavə edilir. Buxarın çox güclü olmaması üçün şirunun kənarlarına un çəkilir və buxarda tam bişənə qədər gözlənilir.

Ttok və Koreya mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Mövsümi düyü keksləri

[redaktə | mənbəni redaktə et]

Ay təqvimi ilə yeni ilin ilk günü düyü keksi, üçüncü günündə düyü keksinin növlərindən biri olan şinqomçopyon, samsecuaq yeyirdilər. Ay təqvimi ilə ikinci ayda əkinçilik başladığı zaman təsərrüfatla məşğul olanlar solttok yeyirdilər. Səkkizinci ayda təzə düyü ilə sonqpyon hazırlanır, içinə balqabaq qatılan şiruttok, bamdanca və s. hazırlanırdı.

Düyü keksi və rituallar

[redaktə | mənbəni redaktə et]

Uşaqların bir yaş mərasimində süfrəyə susuttok qoyulur. Fəlakətlərin qarşısını almaq və insanların diqqətini cəlb etmək üçün düyü keksi növlərindən olan beqsolgi 100 nəfərə paylanırdı. Pis ruhların gəlişini əngəllidiyini düşündükləri üçün uşaqlara susuttok yedizdirilirdi.

Toy və yas mərasimlərində də düyü keksi verilirdi. Həmçinin yeni evə köçən zaman düyü keksi hazırlayıb qonşulara paylayırdılar.

Digər ölkələrdə

[redaktə | mənbəni redaktə et]

Düyü keksinə bənzər qidalar, xüsusilə düyüyə üstünlük verən Koreya, Çin və Yaponiyada daha çox yayılmışdır.

Çində `binq` və `qao` kimi ifadələr var ki bu da qədim zamanlardan bəri un və düyü ilə hazırlanan yeməklərin üstünlük təşkil etdiyini bizə göstərir. `Binq` əsasən qızartma üsulu ilə bişirilən düyü keksini ifadə edən sözdür, `qao` isə buxarda bişirilən düyü keksini ifadə edir. Çin yeməkləri arasında Koreyanın ttok ilə daha çox uyğun olan bir yemək var və onun adı `nienqao`dur. Bu yemək Çin yeni ilində daha çox yeyilir.

Yaponiyada isə ttokla oxşar olan yemək "moççi" adlanır və ttok kimi bir çox növü mövcuddur.