Tuşeti distansiyası (rus. Тушинская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 1826-1840-cı illərdə mövcud olmuşdur.
1832-ci ilin kameral təsvirinə əsasən Tuşeti distansiyasında 47 kənddə 995 ev var idi və onlarda kişi cinsindən 2.401 nəfər etnik tuş yaşayırdı.[1]