Tubabao

Tubabao adası (filip. Tubabao) — Filippin arxipelaqına daxil olan elə də böyük olmayan ada. İnzibati cəhətdən isə Şərqi Samay vilayətinin Guiuan inzibati vahidliyinə daxildir. Samar adasından cənub-qərbdə yerləşir. Ada Sakit okean suları ilə əhatələnmişdir. İqlimi rütubətli, tropikdir. Tayfunlar müşahidə edilir.

Tubabao
filip. Tubabao
Ümumi məlumatlar
Hündür nöqtəsi 25 m
Yerləşməsi
11°02′31″ şm. e. 125°41′25″ ş. u.HGYO
Ölkə  Filippin
Akvatoriya
Tubabao xəritədə
Tubabao
Tubabao
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çində olan vətəndaş müharibədindən sonra 6 min rus miqrant Şanxaydan getmək məcburiyyətində qalır. Onlar dünya ictimayətinə üz tutaraq onlsrın gəbul olunmalarını istəyirlər. Ancaq heç bir ölkə onların çağırışına cavab vermir. Bircə Filippinin o zamankı prezidenti Elpidio Kirio qaçqınları qəbul etməyi dörd ay müddətinə razılaşdırır. Bu müddət hətta iki ilə qədər uzanır.

Rusları Tubabayo adasında yerləşdirirlər. Onlara məskən kimi ABŞ hərbi bazası verilir.

19 yanvar 1949-cu ildə rus emiqrantlara lagerin tikintisini həyata keçirmək üçün işçilər adaya gəlir[1]. Qaçqınların Şanxaydan Tubabaoya köçürülməsi həmin ilin mayında başa çatır[2].

Bu inşa edilən düşərgədə rus qaçqınlar 1949 - 1951 illər ərzində yaşamışdır. Burada iki palstalı kilsə inşa edilmişdir. Biri Serafim Darovski, dgəri isə Mələk Mikayıl adlanırdı. 1949 ilin aprelində adaya rus yepiskopu İoann Maksimoviç gəlmiş və üç ay müddətində burada qalmışdır. Sonradan o, ABŞ ərazisinə getmiş və buraya bir çox miqrantların gəlməsinə nail olmuşdur[3].

Valeri Semyonoviç Lukyanovun xatirələrindən: «Tubabao adası ikinci kiçik Şanxaya çevrilmişdir. Burada 14 rayon vardı, insanlar çadırlarda yaşayırdı. Adada il boyu isti idi. Temperatur 45°C təşkil,edirdi. Bundan ən çox əziyyət çəkənlər isə təbii ki yaşlılar olmuşdur.»[1].

Sonradan miqrantlar ABŞ, AvstraliyaLatın Amerikası ölkələrinə köç etmişlər. Ölkələr əsasən cavan və güclü insanları qəbul edirdilər. Yeni yerə uyğunlaşdıqdan sonra yaşlı qohumlarınıda özlərinin yanına aparırdılar. Düşərgənin bağlanmasına az qalmış ancaq yaşlı, kimsəsizlər burada qalır. Sonradan isə onları Fransa qəbul edir[4]. 1953-cü ildə sonuncu miqratların gedişi ilə bağlanmışdır. Sonradan buranı meşəlik basmışdır[3].

2013-cü ildə buranı monax Filipp ziyarət etmiş və burada bir çox tikililərin hələ də qalmasına şahidlik etmişdir. O zaman on üç yaşı olan hazırda isə yaşlı bir insanla görüşür. Filippinli ruslarla onlar arasında isti münasibət olmuşdur[3][5]

15-18 noyabr 2015-ci ildə Filippində görüş təşkil olunur. Burada iştirak edənlər 1949 - 1951-ci ildə adada düşərgədə yaşamış insanların törəmələri olmuşdur. Onların böyük qismi hazırda ABŞ və Avstraliyada yaşayanlar olmuşdur. 17 noyabr Rus Provaslav Kilsəsinin nümayəndələri memorialın açılışında iştirak etmişdir[2].

  1. 1 2 "Протопресвитер Валерий Лукьянов: «Наше поколение – живые свидетели жития и чудес святителя Иоанна Шанхайского» (версия для печати) / Православие.Ru". 2015-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.
  2. 1 2 "Xaricdə Rus Provaslav kilsəsi - Rəsmi səhifə". 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.
  3. 1 2 3 "По следам свт. Иоанна (Максимовича) на Филиппинах". 2020-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.
  4. "Tubabao cəngəlliklərində". 2017-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.
  5. "yurij_maximov: Filippində İohannın izləri ilə". 2020-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.