Tufan zirehli maşını

Tufan zirehli maşını- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən dizayn və istehsal edilən zirehli döyüş maşını.[3][4]

Tufan zirehli maşını
İstehsal Azərbaycan Azərbaycan
İstehsal tarixçəsi
İstehsalçı Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan)
Xüsusiyyətləri
Ağırlığı

Ağırlıq: 12.3 ton

Faydalı yük: 3 ton[1]
Zireh STANAG 4569[2]
Sürət 85 km/saat[1]
Uzunluğu 7,3 m[2]
Eni 2,4 m[1]
Hündürlüyü 2,8 m[2]
Ekipaj 10 nəfər[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Tufan zirehli maşını ilk dəfə ADEX-2016 ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilib, lakin avtomobilin seriya öncəki prototipi gövdə forması və bəzi detallara görə konseptdən bir qədər fərqlidir. Zirehli maşını yalnız aqreqat və şassi hissələrində donor detallardan istifə olunmuşdur. Tufan zirehli maşını 100 faiz Azərbaycan dizaynerlərinin və mühandislərinin kreat fikirləri və təcrübəsi ilə istehsal olmuşdur.[2]

Texniki xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Tufanın ağırlığı 12,3 tona çatır və zirehli maşın 10 nəfərlik şəxsi heyəti tam təhlükəsiz şəraitdə 3 tona qədər faydalı yük ilə daşımaq qabiliyyətinə malikdir. Maşın NATO-nun STANAG 4569 ballistik qoruma standartının 3-cü səviyyəsinin tələblərinə uyğundur.

Şosedə saatda 85 kilometr sürətinə çatan maşın həm də 65 sm dərinlikdəki xəndəkləri və 1,2 metr su maneələrini keçmə qabiliyyətini malikdir, məlumatda bildirilir. Tufanın dəf edilən eniş və yoxuşunun səviyyəsi 30 dərəcə, yamacı isə 18 dərəcədir. Zirehli maşının yerində dönmə radiusu 20 metrə çatır və onun uzunluğu 7,3, eni 2,44, hündürlüyü isə 2,8 metrdir. Tufanın gövdəsi universal formatda layihələndirilib ki, maşının güc aqreqatı sırasına 8 və ya 12 silindirli 230-dan 550 at gücünə qədər istənilən dizel, turbodizel müharrikləri və transmissiyalar tətbiq oluna bilər.[1]

İstifadəçilər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Arxivlənmiş surət". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  2. 1 2 3 4 5 "Arxivlənmiş surət". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  3. "Arxivlənmiş surət". 2020-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  4. https://baku.ws/auto/50534