Tuhlar və ya tuklar — Cənubi Qafqazda yaşamış qədim tayfa. Onlar indiki Azərbaycanın Tovuz rayonu və indiki Ermənistanın Tavuş mərzində yaşayırdılar.
Onların adı Ananiya Şiraklının "Xəritə"sində Tuç-Kustak qavarı qeyd olunur. Kustak farsca vilayət deməkdir və bu, "Tuç vilayəti" mənasını daşıyır. IX əsr tarixçisi Ovanes Drasxanakertsi Tus qəsəbəsini qeyd etmişdir. "Tus" yerli ada çevrilmiş tayfa adıdır. Erməni alimlərə görə, bu ad sonradan dəyişikliyə məruz qalaraq Tavuş adına çevrilmişdir.[1]