Tulou (çin.土樓 - torpaq binası) – dairəvi, dördbucaq, düzbucaq və ya onların qarışığı formada olan Hakka etnik qrupun memarlığına aid olan ənənəvi bina növü.[1]
Baxmıyaraq ki, tulouların çoxu doğrudan da torpaqdan tikilmişdi, bu söz fərqli tikinti materialları növlərinin istifadəsi ilə qurulan binalar üçün istifadə edilir. Onlardan bəziləri qranitdən və ya yanmış kərpiçdən tikilib. Bu günə qədər qalmış ən böyük tuloular sadəcə torpaqdan yox, torpaqnan qum və sahetu adlanan əhəng daşların qarışığından tikilirdi.[2] Buna görə Pan An tulou ifadəsini abadlı və ya kommunal bina (çin.聚居建筑) ifadəsi ilə əvəzləməyə təklif edib. Halbuki, Çin yazıçıların çoxu onları hələ də tulou adlandırır.[3] Fərqli növlərə aid olan, basılmış torpaqda tikilən evləri demək olar ki, Çinin bütün yerlərində tapmaq olar. Buna görə, ənənəvi Çin memarlığının araşdırmaçısı, Huan Hanmin tulou ifadəsi üçün Fucanda istifadə olunan tərifin daha uyğun olmasını yazır: tulou basılmış torpağın istifadəsi ilə qurulmuş, daşıyan divarla tikilən və bir icma (qrup və ya ailə) tərəfindən yaşayış üçün istifadə olunan böyük binadır.[4] Onların tikilməsi haqqında ən erkən mənbə 1558-ci ilə aiddir. Amma, iddia olunur ki, onnan da erkən tulou var idi. Tulouların məqsədi vəhşi heyvanlardan, quldurlardan və sərkərdələrdən müdafiə idi.[5] Amma, Cin Jen iddia edir ki, Çin vətəndaş müharibəsi (1927-1949) zamanı tikilən tuloular müdafiə üçün yox, kommunal yaşayış üçün istifadə olunurdu.[6] Tulouların çoxluğunun tək girişi olur, bəzilərin isə baş girişdən 90 dərəcədə əlavə girişi var. Onların hündürləri 10-20 metrə olur və birində yüzdən çox adam yaşaya bilərdi.[7] Başqa mənbələrdə isə, ortalama otaq sayı 200, ərazisi isə 3000 kvadrat metrə olduğu yazılır.[6] Amma, indi tulou sakinlərinin sayı azalıb.[5][8]
Huan Hanmin verdiyi yerli tərifinə əsaslanaraq, Çində mövcud olan basılmış torpağı istifadə edən memarlığından ancaq üç, Hakka və Hokkien etnik qrupları ilə bağlı bölgə növlərini tulou kimi sayır:[11][12]
2008-ci ildə Çinin 46 Fucyen tuloularıUNESCOÜmumdünya irsi siyahısına daxil edilib. Bu 46 tulou XV və XX əsrlərin arasında tikilib və hərəsində 800-ə qədər insan yaşayırdı.[14]
↑(Nomination 2008, С. 4). The nomination restricts the term tulou to these 3 provinces. Quote: "In the southeastern Chinese provinces of Fujian, Jiangxi and Guangdong, there exist a lot of buildings with a long history called 'Tulou'."