Tuluzada terror aktı — 2012-ci il martın 19-da səhər Tuluzada (Fransa) "Tövrat xəzinələri" ("Otsar HaTorah") yəhudi məktəbində terror aktı törədilib. Cinayətkar motoskuterlə məktəbə gəlib və məktəbin həyətində avtomat silahdan atəş açıb, bundan sonra müəllimləri, şagirdləri və onların valideynlərini həyətdə və məktəb binasında təqib edib. Daha sonra həmin skuterlə qaçıb.
Tuluzada terror aktı | |
---|---|
Ümumi məlumatlar | |
Yeri | |
Tarix | mart 2012 |
Silah(lar) | M1911 |
Ölü sayı |
|
Yaralı sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Terror aktı nəticəsində 4 nəfər həlak olub (bir müəllim və 3–8 yaş arası üç uşaq), 17 yaşlı yeniyetmə isə ağır yaralanıb.
Əl-Qaidə ilə əlaqəsi olduğu güman edilən qatil Məhəmməd Mera[1]22 mart 2012-ci ildə Fransa polisi tərəfindən tutularkən qaçmağa cəhd edərkən snayper tərəfindən öldürülüb[2].
2012-ci il martın 19-da səhər saat 8 radələrində məktəbə skuter sürən terrorçu məktəbin həyətində avtomat silahdan atəş açıb, bundan sonra müəllimləri, şagirdləri və onların valideynlərini həyətdə və məktəb binasında təqib edib. Daha sonra həmin skuterlə qaçıb.
NEWSru.co.il redaktorlarının məlumatına görə, Otsar HaTorah məktəbində İsrail və Rusiyadan olan müəllimlər və tələbələr var[3].
Bütün Fransada yəhudi məktəblərində təhlükəsizlik artırıldı[4]. Fransanın cənubunda tarixində ilk dəfə olaraq terror təhlükəsinin maksimum səviyyəsi elan edilməsinə səbəb oldu[5].