M1911

M1911 – ABŞ istehsalı olan özüdolan tapanca. 1911 ci ildə Con Brauninq tərəfindən Colt-Browning (U. S. Patent 984519, 14 Fev 1911) adıyla konstruksiya edilib. 1911–1985 cı illərdə ABŞ silahlı qüvvələrində istifadə olunub.

М1911
Tapança
Tipi özüdolan tapança
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1911 – 1985
İstismara başlanması 1911
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
Konstruktor Con Brauninq
Konstruksiya tarixi 1911 – 1924
İstehsalçı Colt’s Manuf. Comp
İstehsal illəri 1911 – indiyədək
Xüsusiyyətləri
Ağırlığı 1,12
Məsafə 50, 70 MEU SOC 1911
Uzunluğu 216
Lülənin uzunluğu 127
Eni 30
Hündürlüyü 135
Effektiv məsafə 50, 70 MEU SOC 1911
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XX əsrin əvvəllərində özüdolan tapançalar AvropadaABŞ-də geniş yayılmışdılar, lakin bu xırda effektivliyi olan tapançalar idi.ABŞ ordusu XX ci əsrin əvvəllərində hələ də, özüdolan revolverlərdən istifadə edirdilər. Revolverlərin üstün cəhədləri, onların daim döyüşə hazırlıqlı, sadə, və çətin olmaması idi. M1911 Birinci dünya müharibəsi dövründə geniş istifadə olunub. M1911-in varinatı olan 1926-cı ilin M1911A1 isə İkinci dünya müharibəsi Koreya və Vyetnam müharibələri dövründə geniş istifadə olunmuşdur. M1911A1 1990 cı ildə "Səhrada tufan" əməliyyatında istifadə olunub. ABŞ da silah çox tanınmışdır. Silah sevərlər bu tapancanı nişana atəş zamanı istifadə edirlər. Ölkədə bu silaha aid olan bir çox aksesuarlar buraxılır. Silahın mənfi cəhəti isə tapancanın böyüklüyü və ağırlıqı eləcə-də maqazinin balaca olması (7 gülləli). Silahı yaradan şirkət öz növbəsində M1911 in mənfi cəhətlərin düzəltmək üçün yeni variantları konstruksiya edirdi

Tapança 53 detaldan və 3 əsas hissədən ibarətdir.

M1911 1912
Tapança MEU (SOC), Sure Fire taktiki fənəri ilə

ABŞ-də Colt M1911 tapançaları fərqli növlərdə, fərqli kalibrlərlə bir neçə istehsalçılar tərəfindən istehsal edilib.

  • M1911
  • M1911A1 – 1926-cı il növü
  • Colt Commander –108 mm-dək qısaldılmış gövdəli tapança (1940cı illərdə özünümüdafiə və ABŞ ordusunun zabitləri üçün istehsal edilmişdir)
  • M15 General Officers model — 1972ci ildən 1984cü ilədək istehsal edilmidşir.
  • Colt Double Eagle
  • MEU(SOC) pistol
  • Interim Close Quarters Battle pistol (ICQB, en. yaxın döyüş üçün müvəqqəti silah).

Həmçinin bəzi ölkələrdə cari tapançanın nüsxələri və oxşarları istehsal edilmişdir:

  • 1922-ci ildə İspaniyada Star Model A, 1924cü ildə isə Star Model B istehsal edilmişdir.
  • 2000-ci illərin başlanğıcında Çində Norinco M1911 tapançasının bir neçə variant istehsal edilməyə başlanmışdır
  • Həmçinin, Norinco NP-28Norinco NP-29 9×19 mm patron üçün istehsal edilmişdir
  • və 2005ci ildə Braziliyada Taurus PT1911 tapançasının istehsalında başlanmışdır.

Əvvəlki variantları

[redaktə | mənbəni redaktə et]

M1911i hazırlayanadək Brauninq Kolt М1900, М1902, М1903 Pocket Hammer, М1905 markalı bir neçə tapança istehsal etmişdir.

Kolt firması tərfindən istehsal edilmiş tapançalar "СОLT’SРТ. F.А. МFG. СО." işarəsi ilə istehsal edilirdi. Sağ tərəfdə isə "МОDEL ОF 1911 U. S. АRМY" işarəsi olur.

İstifadə edən ölkələr

[redaktə | mənbəni redaktə et]
  • ABŞ ABŞ — 1911ci ildə istifadəyə qəbul edilmişdir, Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi, Koreya müharibəsiVyetnam müharibəsi geniş istifadə edilmişdir. 1985ci ildə istifadədən çıxarılmışdır, lakin Səhrada fırtına əməliyyatı zamanı istifadə edilmişdir. 2000ci ilin əvvəlinə qədər Federal Təhqiqat Bürosu -nun əməkdaşları tərəfindən istifadə edilib.
  • Böyük Britaniya Böyük Britaniya — Birinci dünya müharibəsi zamanı ABŞ tərəfindən Böyük Britaniyaya .455 Webley patronuyla təchiz edilmişdir.
  • Norveç Norveç
  • SSRİ SSRİ — Birinci dünya müharibəsi başlamadan öncə hərbi zabitlər tərəfindən bir neçə tapança alınmışdır, 1915–1917 ci illərdə rusya ordusuna bir neçə min tapança təhvil verilmişdir.
  • Üçüncü Reyx
  • Fransa Fransa — İkinci dünya müharibəsi zamanı Fransa ordusuna verilmişdir.
  • Nikaraqua Nikaraqua — İkinci dünya müharibəsindən sonra hərbi kömək proqramına əsasən Nikaraqua ordusunun milli qvardiyasına verilmişdir.
  • Cənubi Vyetnam — hərbi kömək proqramına əsasən Cənubi Vyetnam ordusuna 1975ci ilədək verilmişdir.
  • Salvador Salvador — İkinci dünya müharibəsindən sonra hərbi kömək proqramına əsasən verilmişdir(1980–1993 225 tapança verilmişdir)
  • Haiti Haiti — Haiti-də 1995–1997ci illərdə müharibəyə əsasən ABŞ dəstəyi ilə yaranmış Haiti Milli polisinə M1911 tapançaları verilmişdir.
  • Estoniya Estoniya — 1997ci ildə ABŞ hərbi kömək proqramına əsasən estoniya ordusuna 1500 ədəd tapança verdilər.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]
Kolt M1911 və Beretta 92
  1. Colt Double Eagle
  2. Glock 17
  3. Desert Eagle
  4. M1911
  5. SIG-Sauer P226
  6. SIG-Sauer Pro
  7. Walther P88
  8. Walther P99
  9. Tapançaların siyahısı