Tulyaremiyanın lat. Francisella tularensis törədici mikrobu lat. Francisella növünə, lat. Brucellaceae ailəsinə mənsubdur. Mikrob hərəkətsizdir, kokkabənzərdir, ölçüləri 0,1–0,5 mkm-dir. Spor əmələ gətirmir. Kapsulu vardır. Qrammənfidir. Karbol fuksini ilə və Romanovski-Gimza üsulu ilə boyanır. Qida mühitlərində kulturadan alınmış tulyaremiya bakteriyalarının çöpşəkilli formaları biopolyar boyana bilir. Toxumalarda rənglənmə zamanı bipolyar boyanma nəzərə çarpmır, bu da lat. Francisella tularensisi taun törədici mikrobdan fərqləndirir. Tulyaremiya bakteriyaları aerobdur, adi qidalı mühitlərdə inkişaf etmir, sistemin, qlükoza və defibrinləşmiş dovşan qanından ibarət olan ətli pepton aqarında becərilir. İçərisində yumurta sarısı olan duru mühitdə daha yaxşı inkişaf edir. son vaxtlar törədici mikrobu yetişdirmək üçün toyuq embrionundan istifadə olunur. Optimum inkişaf 37 °C, mühitin pH-ı 6,7–7,4 — dür.
Tulyaremiya bakteriyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Tulyaremiya bakteriyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Tulyaremiya bakteriyalarının tərkibində iki antigen kompleksi: qılaflı (VI) və somatik (0) antigen kompleksi vardır. Törədici mikrobun virulentliyi və immunogen xassəli qılaflı antigen kompleksi ilə əlaqədardır. Tulyaremiya mikrobları xarici mühitdə 4 °C temperaturda suda və nəm torpaqda 4 aydan daha çox, tulyaremiyadan ölən donmuş heyvan cəsədlərində isə 6 ay müddətində bioloji xüsusiyyətlərini itirmir.
Taxılda və samanda 20–30 °C temperaturda tulyaremiya mikrobları 20 günə yaxın yaşayır. Dizenfeksiyaedici dərman məhlullarının işçi konsentrasiyalarında (1–3%-li lizol məhlulu, 1:1000 nisbətli sulema, 1%-li sabun-krezol emulsiyası) lat. Francisella tularensis 2–5 dəq. sonra həyat fəaliyyətini itirir. Xlorlaşdırılmış su, qaynatma, bilavasitə günəş şüaları onlara ıldürücü təsir göstərir. Laboratoriya heyvanlarından tulyaremiyaya yüksək dərəcədə həssas olanları ağ siçanlar və dəniz donuzlarıdır. Onlar dərialtına inyeksiya ilə yoluxdurulduqda 4–14 gün sonra sepsisdən ölürlər. Tulyaremiya mikrobunun iki coörafi irqi açkar edilmişdir: amerikan və qeyri-arktik (lat. F. tularensis neracitica) və ya Avro-Aciya, yaxud qolarktik (lat. F. tularensis nolaractica). Mikrobun qeyri arktik irqinin ştammları qolarktik ştammlardan fərqli olaraq laboratoriya heyvanları, insan üçün yüksək patogenliyi və qliserini qıcqırtmaq qabiliyyəti ilə xarakterizə olunur.
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |