Tumurcuq fırfırası

Tumurcuq fırfırası (lat. Spilonota ocellana F.) — Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ.

Tumurcuq fırfırası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Tumurcuq fırfırası
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Kəpənəyin qanadları açılmış halda 14–18 mm-dir. Ön qanadları ağ-sarımtıl olmaqla kənarlarına yaxın parlaq gözcük yerləşir. Tırtılı boz-qəhvəyi rəngdə olub, 9–12 mm-dir. Pupu açıq qəhvəyidir, uzunluğu 7–10 mm-dir.

Zərərverici orta yaşlı tırtıl mərhələsində ağac gövdəsinin qabığı altında ağ baramacıq içərisində qışlayır. Yazda aprel ayının axırlarında havanın orta temperaturu 10–12oC olduqda qışlama yerlərindən çıxan tırtıllar əvvəlcə tumurcuqlarla, sonra isə təzəcə açılmış yarpaqların damarsız hissəsi ilə qidalanırlar. Tırtılların qidalanması 15–20 gün çəkir. May ayının axırlarında, ağacların çiçəklənməsi dövründə, tırtıllar budaqların qabığı altında, bəzən də bir neçə yarpağın saplaqlarının birləşdiyi yerdə, möhkəm hörülmüş ağ barama içərisində puplaşırlar. Pup dövrü 12–15 gün çəkir. İyun ayının birinci ongünlüyündə puplardan kəpənəklər çıxmağa başlayır. Göründüyü kimi, kəpənəklərin uçuş müddəti ayrı-ayrı illərdə rayonlar üzrə dəyişir. Müşahidələr və hesablamalar göstərmişdir ki, 2008–2010-cu illərdə kəpənəklərin sayı az olmuşdur. Bu illərdə Abşeron bölgəsində kəpənəklərin uçuşu iyun ayının birinci və ikinci ongünlüyünə təsadüf etmişdir. Uçuş müddəti 80–85 günədək olur. Kəpənəklər yumurtalarını tək-tək, yarpağın alt səthinə qoyurlar. Bir dişi fərd 160–165-ə qədər yumurta qoyur. Ukraynada bəzək bitkilərindən başqa giləmeyvə və meşə bitkilərinə də zərər verir. Ukrayna şəraitində bir dişi fərd 150 yumurta qoyur. Qoyulmuş yumurtalardan, 8–12 gün sonra I nəslin tırtılları çıxmağa başlayır. Tırtıllar ilk əvvəl bir neçə yarpağı ifraz etdikləri saplarla birləşdirərək onların arasında yaşayır və yarpağın lətli hissəsi ilə qidalanırlar. Bəzən meyvələri də zədələyirlər. Tırtılların qidalanma müddəti avqust ayının axırı və sentyabr ayının ortalarınadək başa çatır. Bu müddət ərzində tırtıllar 3–4-cü yaşa çataraq qışlamaya gedirlər. Onlar ağacların gövdə qabıqları altında qışlayırlar. Abşeronda ildə bir nəsil verir. Tumurcuq fırfırasının entomofaqlarını aşkar etmək məqsədilə onun 500 tırtılını və 300 pupunu şüşə qablarda bəsləyərək (tırtıllar qidalandırılmaqla), onlardan neçəsinin parazitlərlə yoluxduğu müəyyən edilmişdir.

Keçmiş SSRİ-nın Avropa hissəsi, Orta Asiya, Şərqi Sibir, Uzaq Şərq, Asiya, Afrika, Amerika, Çin, İran, Azərbaycan.