Tunis bayrağı — Tunisin Dövlət bayrağı
Tunis bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 2:3 |
Vikianbarda əlaqəli mediafayllar |
Tunisin dövlət bayrağı rəsmi şəkildə 1999-cu ilin iyun ayının 30-da qəbul edilib. 1827-ci ilin oktyabr ayının 20-də Navarin döyüşündən sonra Tunis hökmdarı əl-Hüseyn ikinci ibn Mahmud Tunisin hazırkı bayrağını tətbiq edib. Aypara və ulduz şəkli İslamı tərənnüm etməklə yanaşı, uğurun da rəmzi sayılır. Bundan əlavə, aypara və ulduz şəkli Tunisin vaxtilə Osmanlının tərkibinə daxil olduğuna dəlalət edir. Ölçüsü 2:3 nisbətindədir.