1574-cü ildə Osmanlı imperiyası tərəfindən Tunisin fəthi — Şimali Afrikada müsəlman Osmanlı imperiyası ilə Habsburq İspaniyası arasındakı qarşıdurmada əsas məqam. Tunisin fəthi Osmanlı imperiyasının şərqi və mərkəzi Məğribdə hakim dövlət olmasına gətirib çıxardı.[2]
Tunisin fəthi | |||
---|---|---|---|
Osmanlı-Habsburq müharibələri | |||
| |||
Tarix | 12 iyul — 13 sentyabr 1574 | ||
Yeri | Tunis | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Osmanlı donanması 1534-cü ildə Xeyrəddin Barbarossanın komandanlığı ilə İtaliya limanlarına basqınlar həyata keçirdi. Həmin ildə Barbaros Tunisi ələ keçirdi. Ancaq səlibçilərin donanmasının təzyiqi qarşısında Tunisdən çıxmaq məcburiyyətində qaldı. 1536-cı ildə daha güclü bir donanmayla İtaliya limanlarına basqın etdi. 1536-cı ildə Egey dənizindəki Venesiya koloniyalarını Osmanlı topraqlarına qatdı. Bundan qəzəblənən Müqəddəs Roma İmparatoru V Karl türklərə qarşı səlib yürüşü elan etdi. 14 İyul 1535-ci ildə La Gulette qalasını ələ keçirərək türkləri ordan qovdu. 21 iyulda ispanlar Tunis şəhərinə girərək orada 60 min sakinin öldüyü qırğın törətdilər. Əl-Zeytuna məscidi və əl-Abdaliya kitabxanası yandırıldı. Bu bahalı macəranın nəticəsi, yerli hökmdar Hafsidlər sülaləsindən Sultan əl-Həsənin V Karlı öz ağası olaraq tanımaq və ona ildə 12 min dukat (təqribən 140 min qızıl frank) xərac ödəmək məcburiyyətində qalması il ənəticələndi. Üstəlik ispan qarnizonunun yerləşdiyi Qoletta sahilində qala tikildi. 6 Avqust 1535-ci ildə İspaniyanın tətbiq etdiyi protektorat müqaviləsi imzalandı. Tunis əhalisi protektorat müqaviləsini tanımaqdan imtina etdi və Sultan əl-Həsənə qarşı üsyan qaldırdı.[3]
1569-cu ildə Əlcəzair bəylərbəyi Qılınc Əli Paşa Tunis şəhərinə quru yolu ilə hücum etdi və onu ətraf əraziləri ilə birlikdə ələ keçirdi. Tunis hökmdarı ispanların qoruması altında Qolettaya sığındı. Tunis Osmanlı əyaləti (vilayət) elan edildi.
Birləşmiş xristian donanması 1571-ci ildə Lepanto döyüşündə Osmanlı donanmasını tamamilə məğlub etdikdən sonra, 1573-cü ildə Avstriyalı Xuan Tunisi işğal etdi və bu ölkənin tacını başına qoyaraq, Portuqaliyanın yaranması ilə nəticələnən rekonkista etmək niyyətində idi. Qardaşı II Filippin buna qarşı çıxması, onu bu planlarından imtina etməyə məcbur etdi.[4][5]
Lepanto döyüşündə iki donanma dünya tarixindəki ən böyük dəniz döyüşlərindən birini keçirdi. Osmanlı donanması döyüşdə məğlub oldu. 142 gəmi məhv edildi, 20 min Osmanlı əsgəri öldü. Ölənlər arasında Osmanlı paşaları, bəylərbəyi və Müəzzinzadə Əli Paşada var idi. Bu vaxt yalnız Qılınc Əli Paşanın komandanlığı altındakı Osmanlı donanmasının sağ cinahı müvəffəqiyyət göstərdi. 42 Osmanlı gəmisindən qurulan bu cinah, gəmilərini itirmədi və Xaçlı donanmasının sağ cinahını məhv edərək döyüş bölgəsini tərk etdi. O, İstanbula qayıtdı və yolda öz donnanmasındakı gəmilərinin sayını 92-yə çatdırdı. Onun bu qəhrəmanlığını Sultan yüksək qiymətləndirdi və Qılınc Əli Paşa, bu müvəffəqiyyətin ardından Kaptan-ı dəryalığa gətirildi. Sultanla görüş zamanı Qılınc Əli Paşa ona Malta ordeninin ştandartını (bayrağı) hərbi qənimət kimi hədiyyə etdi. Sultan isə ona qılınc hədiyyə verdi.
Gəmiqayırma zavodunun baş memarı Mustafa ağanın rəhbərliyi altında altı ay ərzində Osmanlı donnanması bərpa edildi. Paşa yeni 150 qalera ilə təchiz edildi. Yeni donnanma Lepanto döyüşündə olan Osmanlı donnanmasından qat-qat güclü idi.[6] 1573-cü ildə Avstriyalı Xuanın hərəkətlərini təhlil edən Qılınç Əli Paşa Tunisi fəth etməyə qərar verdi.
Hərbi ekspedisiyaya başlamazdan əvvəl, türklər, ispan mavrlarını II Filippə qarşı üsyan etmiş hollandiyalı protestantlarla müttəfiq olmağa dəvət etdilər. Bununla türklər mavrlardan kömək almağa çalışırdılar. Üstəlik, Osmanlı imperiyasının etibarlı bir nümayəndəsi İspaniyaya qarşı müttəfiq tapmaq üçün Hollandiyaya göndərildi. Elçi üsyan etmiş hollandlara ispanlara birgə zərbə endirmək üçün ittifaq təklif etdi. Lakin onun səyləri nəticəsiz qaldı.
1574-cü ildə Qılınç Əli Paşa, Sinan Paşanın komandanlığı altında 40 minlik ordunun üzdüyü Tunis sahillərinə 320-dən çox gəmidən ibarət bir donanma gətirdi. Bu qüvvələr Əlcəzair, Tripoli və Tunis vilayətlərinin quru qüvvələri ilə birlikdə Tunis şəhərinə və Qoletta qalasına hücum etdilər.[3] 7 min nəfərlik İspaniyanın Qoletta qarnizonu bu cür üstün qüvvələrə tab gətirə bilməyərək avqustun 24-də təslim oldu. The army attacked Tunis and La Goleta; the presidio of La Goleta, defended by 7,000 men, fell on 24 August 1574. The last Christian troops in a small fort opposite Tunis surrendered on 3 September 1574.[3] Tunis şəhəri Şimali Afrikanın bu hissəsində Hafsidlər sülaləsinin və ispan hakimiyyətinin sonu olan sentyabrın 13-də alındı.
Türklər ispanlara itaət edən Hafsidlər sülaləsini devirdilər. Avstriyalı Xun Siciliyadan ispan qarnizonunun köməyinə üzdü, lakin fırtına səbəbi ilə gecikdi. Gələcək yazıçı Migel de Servantes də Avstriyalı Xuanın gəmilərində idi. Məhz onun məlumatına görə Qolettada əsir götürülən xristianlar kölə olaraq Türk gəmilərində avar çəkməklə həyatlarını baş vurdular.
Tunisin itirilməsi xristian dünyası üçün çox üzücü idi. Roma Papası ispanları bacarıqsızlıqlarına görə qınadı və İspaniyanın Romadakı səfiri don Xuan de Suniqadan təəssüflərini İspan monarxına çatdırmasını istədi. Suniqa açıq şəkildə İspaniya Kral Şurasını "hər şeyi necə əldən verdiklərinə görə" narazılığını bildirirdi.
Şimali Afrika ilə Hollandiya arasında parçalanan İspaniya kralı II Filipp, öz səltənətinin yaxınlığında türklərin varlığı ilə barışa bilməməsinə baxmayaraq, Hollandiyadakı Protestant qiyamının yatırılmasını əsas vəzifə kimi seçdi. Hətta bu, mürəkkəb və inanılmaz dərəcədə bahalı bir iş idi və 1575-ci ildə İspaniya özünü iflas etdi.1580-ci ildə İspaniya ilə Osmanlı imperiyası arasında barışıq müqaviləsi bağlandı. Bundan sonra İspaniya Şimali Avropa işlərinə, Osmanlı imperiyasının isə Səfəvilərlə müharibəyə başı qarışdı.