Tunquraua

Tunquraua (azərb. Odlu boğaz‎) — Ekvadorda vulkan. Ekvadorun 8 fəal vulkanından biridir.[1]

Tunquraua
Ümumi məlumatlar
Əmələgəlmə dövrü Holosen
Tərkibi andezit
Mütləq hündürlüyü 5.016 m
Yerləşməsi
1°28′01″ c. e. 78°26′30″ q. u.HGYO
Ölkə

  • VOGRIPA2602
  • GVP352080
  • GeoNames3650446
Tunquraua xəritədə
Tunquraua
Tunquraua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
(2011) Tunquraua

Paytaxt Kitodan 130 kilometr cənubda yerləşir.[1]

1999-cu ildən fəallaşıb.[1] 2014-cü ilin fevral ayından vulkanda yüksək fəallıq hiss edilmişdir.[1] Vulkanın püskürməsi prosesi cəmi 5 dəqiqə çəkmiş və 10 kilometr hündürlüyə qədər çatmışdır.[1] 2014-cü ilin avqust ayının əvvəllərində isə Ekvador Geofizika İnstitutunun alimləri vulkanın zirvəsində hündürlüyü 3 kilometrə çatan lava və kül buludunun müşahidə olunduğunu bildiriblər. Bununla əlaqədar rəsmilər təbii fəlakətlə əlaqədar "narıncı xəbərdarlıq" elan edib ki, bu da vulkana yaxın olan kəndlərin könüllü şəkildə boşaldılması deməkdir.[2]

  1. 1 2 3 4 5 Vulkan 10 kilometr hündürlüyə püskürdü Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine ulfet-az.com  (az.)
  2. Tunquraua yenidən püskürüb Ekvador Arxivləşdirilib 2014-08-11 at the Wayback Machine. xalqqazeti.com, 09.08.2014.  (az.)