Tupkaraqan burnu

Tupkaraqan burnu (qaz. Түпқараған) — Tupkaraqan yarımadasının qərbində, Xəzər dənizinin isə şərq sahilində yerləşən burun. Əvvəllər Xivə xanlığı ilə Rusiya arasında ticarət yolunun üzərində yerləşirdi. Belə ki, mallar Xivədən buruna dəvələrlə daşınır və oradan isə Volqa deltasına gəmilərlə yola salınırdı. 1716-cı ildə burunda eyni adlı rus qalası inşa edilmişdir. Ancaq köçəri türkmənlərin təhlükəsi və Xivə yürüşünün uğursuzluğu səbəbindən ruslar buranı tərk edirlər.

Tuüpkaraqan burnu
Yerləşməsi
44°38′21″ şm. e. 50°18′47″ ş. u.
Akvatoriya Xəzər dənizi
Ölkə  Qazaxıstan
Tuüpkaraqan burnu xəritədə
Tuüpkaraqan burnu
Tuüpkaraqan burnu

Tupkaraqan yarımadası ərazisində paleolit dövrünə aid tapıntılar aşkarlanmışdır[1].

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Палеолитические комплексы полуострова Мангышлак". 2020-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.