Turan Mirzə Vahab oğlu Həsənzadə (1926, Aşağı Əylis, Naxçıvan qəzası, Naxçıvan Muxtar Diyarı, Azərbaycan SSR, SSRİ – 2008, Bakı) — Azərbaycan mətnşünas-alimi, ədəbiyyatşünas.[1]
Turan Həsənzadə | |
---|---|
Doğum tarixi | 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 2008 |
Vəfat yeri | |
İş yeri |
|
Təhsili |
|
1926-cı ildə Ordubad rayonunun Əylis kəndində ziyalı ailəsində anadan olmuşdur. Turan müəllimin atası Mirzə Vahab kişi dövrünün çox savadlı, ziyalı şəxsiyyətlərindən biri olub. Ərəb, fars dillərini çox mükəmməl bilən Mirzə Vahab islam tarixini dərindən öyrəndiyindən onu çox dürüst qavramışdı. O, 1912-ci ildə Əylis kəndində Üsuli-cədid məktəbi açmış, xalqın maariflənməsi yolunda böyük zəhmət çəkmişdir. 1923-cü ildən Naxçıvan Maarif Komitəsinə dəvət olunan Mirzə Vahab uzun illər burada çalışmış, Naxçıvan İnqilab Komitəsinin üzvü, Ordubad İnqilab Komitəsinin sədri olmuşdur. Göstərdiyi xidmət və fəaliyyət həmişə diqqət mərkəzində olduğundan, gördüyü işlər mükəmməl alındığından Mirzə Vahabın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Sonralar Bakıda Elmlər Akademiyasında Şərq şöbəsinin müdiri işləmiş Mirzə Vahab Həsənzadənin oğlu Turana böyük təsiri olmuşdur.
İbtidai təhsilini Əylis kəndində alan Turan Həsənzadə 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq (fars) fakültəsini bitirmişdir. Bir müddət respublikamızın şimal bölgəsində pedaqoji fəaliyyətlə məşğul olan Turan Həsənzadə 1961-ci ildən paytaxta qayıtmış, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda işə qəbul olunmuşdur. Hələ tələbəlikdən elmə, tədqiqata böyük marağı və həvəsi olan Turan Həsənzadə 1972-ci ildə "Molla Nəsrəddin" jurnalında İran və Cənubi Azərbaycan həyatının inkişafı mövzusunda elmi iş müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Elə o vaxtdan başlayaraq bütün fəaliyyətini milli mətbuatımızın tədqiqatına həsr edən Turan Həsənzadə bu mövzuda yüzlərlə elmi məqalənin müəllifi olmuşdur. 1961-ci ildən bugünə qədər Turan Həsənzadə elmi və tekstoloji mövzularda işləmişdir. Məsələn, Cəlil Məmmədquluzadənin üç cilidliyinin tekstoloji tədqiqat əsərlərini hazırlayan Turan Həsənzadə 1967-ci ilə qədər ədibin dram əsərlərini də avtoqrafları əsasında çapa hazırlamışdır. Turan Həsənzadə Cəlil Məmmədquluzadə irsinə bütün varlığı ilə elə bağlanmışdı ki, sonralar da unudulmaz yazıçının 6 cilidliyi (kütləvi nəşrlə) yenə də bu yorulmaz tədqiqatçı tərəfindən hazırlanmışdır ki, buraya da ədibin felyetonları, məktubları, hekayə və xatirələri daxil edilmişdir.
"Molla Nəsrəddin"lə bərabər milli mətbuatımızın qaranquşu sayılan "Əkinçi" qəzeti də Turan Həsənzadənin daim diqqət mərkəzində olmuşdur. O, 1975-ci ildə "Əkinçi" qəzetinin 100 illiyi münasibətilə onun ərəb əlifbalı mətnini yeni əlifbada transliterasiya edib çapa hazırlamışdır. Bu kitab 1978-ci ildə işıq üzü gördü və bütün mətbuatsevərlər tərəfindən maraqla qarşılandı. İndi həmin kitab latın qrafikasında yenidən çap olunmuşdur.[2]
Turan Həsənzadə 1967-ci ildən başlayaraq "Molla Nəsrəddin" jurnalının ərəb əlifbalı mətnlərini yeni əlifbaya keçirdərək çapa hazırlamışdır. Bu cildlərdən üçü artıq işıq üzü görmüşdür. Hazırda "Molla Nəsrəddin"in dördüncü cildi nəşriyyatda çapa hazırlanır. Yorulmaz tədqiqatçının əməyi nəticəsində Azərbaycan mətbuatının şah əsəri sayılan "Molla Nəsrəddin"in tam şəkildə 8 cildi bu yubiley ərəfəsində işıq üzü görməlidir.
Ömrü boyu arxivlərdə çalışan, unudulmuşların üzə çıxarılmasında böyük fədakarlıq göstərən Turan Həsənzadə digər mətbuat orqanlarının tədqiq edilməsini də unutmamışdır. O, bir tərəfdən "Molla Nəsrəddin" jurnalının qaranlıq səhifələrinə işıq salmağa çalışır, digər halda "Əkinçi"ni araşdırırdı. Bununla bərabər, 1909-1910-cu illərdə fəaliyyət göstərmiş "Zənbur"a da vaxt ayırırdı. Bu jurnalın mətnini transliterasiya və tərtib etmişdir (mətnlər tam hazır vəziyyətdədir). Ötən əsrin əvvəllərində milli mətbuatımızın satirikyönümlü məcmuəsi olan "Kəlniyyət" (1912-1913) jurnalının mətnini də transliterasiya edərək hazırlamışdır.