Aşağı Əylis — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd, eyniadlı bələdiyyənin mərkəzidir.[2]
Aşağı Əylis | |
---|---|
38°55′11″ şm. e. 45°59′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Ordubad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 932 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1258[1] nəfər |
Rəsmi dili | |
Aşağı Əylis Ordubad rayonunun Əylis inzibati ərazi vahidində kənd. Əylis çayının sahilində, dağ ətəyindədir. "Əylis yaşayış məntəqəsinin Aşağı hissəsi" deməkdir. Kənd XIX əsrdə Əylis (indiki Yuxarı Əylis) kəndindən çıxmış bir qrup ailənin Dəşt (farsca "col, səhra") adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Əylis (əylənmək, koc salmaq, məskunlaşmaq mənalı feldən) "əylənc, düşərgə, yaşayış yeri" mənasına uyğundur.[3].
El arasında Aşağı Əylisə Yaz Əylisi deyilməsi Araza yaxın olan bu kənddə təbiətin tez oyanması ilə əlaqədardır. Aran Əylis deyilməsi isə həm təbiətin tez oyanması, həm də yer, məkan mənasında qəbul edilmişdir. Aşağı Əylisə "Dəşt" deyilməsinin səbəbi ərazinin relyef quruluşu ilə əlaqələndirilir ("dəşt" fars dilində düz, çöl deməkdir).[4]
Məlum olduğu kimi, Naxçıvan MR ərazisi uzun zaman İran imperiyasının tərkibində olmuşdur. Bütün Yaxın Şərqdə hökmranlıq edən İran imperiyası təbii ki, həmin ərazilərdə çox böyük təsir gücünə malik olmuş, qədim fars dili yerli əhalinin dilinə nüfuz etmiş, adət-ənənələr qaynayıb qarışmışdır. Bu, özünü Aşağı Əylisin qədim adı Dəşt sözündə də (dəşt-fars dilində "düz, çöl" deməkdir) göstərir. Həqiqətən də əgər tikili və yaşıllıqlar nəzərə alınmasa Yuxarı Əylisin qurtaraçağından başlamış Araza qədər böyük bir düzənlik uzanıb gedir. Görünür eramızdan əvvəl XV-XIV yüzilliklərdə və bəlkə daha qədimdə indiki Aşağı Əylis kəndi elə bu çür düzənlik, tikintisiz olduğuna görə də Dəşt adlandırılmışdır. İndi də yerli əhali kəndin kənarındakı sahələrə düz-çöl deyir. Hazırda Aşağı Əylis adlanan kənd XVII əsrin sonlarına qədər Dəşt adını qoruyub saxlamışdır. Zəkəriyyə Əylislinin gündəliyində bir neçə yerdə Dəşt kəndinin adına rast gəlirik. Hətta, Naxçıvan xanlığının tərkibində olan Ordubad vilayəti beş mahala (rayona) bölünürdü ki, bunlardan da biri Dəşt mahalı idi. Qalan dördü Ordubad, Əylis, Biləv və Çənənəb (Çənnəb) mahalları idi. Bu mahallar Ordubad xanına tabe olan əmirbölüklər tərəfindən idarə edilirdi.
XVIII əsrin ortalarından başlayaraq tədricən Dəşt sözü öz qüvvəsini itirməyə və Aşağı Əylis adlandırılmağa başlayır. Bu da əsasən hər iki kəndin eyni xanlıqda birləşməsi, Yuxarı Əylisin tərəqqisi, inkişafı, Osmanlı İmperiyasının 1724-cü ildə Naxçıvan xanlığını işğal etməsi və daha sonra rusların bu yerlərə ayaq açması ilə bağlıdır. Türklər ağ-ulusu ak-ulus (neçə ki ağ dənizi-ak dəniz), dəşt kəndini aşağı ak-ulus, dəşt sözünü tələffüz edə bilməyən ruslar isə onu Nijniy Akulis (Aşağı Əylis) adlandırmışlar. Söz tədricən yerli əhalinin dilinə nüfuz etmiş, "dəşt" sözü unudularaq yaddan çıxmışdır.
29 mart 2005-ci ildə Aşağı Əylis kəndi Əylis kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Əylis kənd inzibati ərazi vahidi yaradılmışdır.[5]
Tam Orta məktəbi, klubu, tibb məntəqəsi məscidi var.
Rayon mərkəzindən 6 km şimal-qərbdə Əylis çayının sahilində, dağ ətəyindədir. Ordubad-Yuxarı Əylis avtmobil yolunun kənarındadır.
Əhalisi 1258 nəfərdir.; bağçılıq, əkinçilik, heyvandarlıqla məşğuldur.