Turdaş

TurdaşRumıniyada neolit dövrünə aid arxeoloji mədəniyyət.

Tapıldığı eyni adlı kəndin adı ilə adlandırılmışdır. Turdaş mədəniyyəti tayfaları ibtidai əkinçilik və maldarlıqla məşğul olmuş, koma və qazmalarda, sonralar yürüstü evlərdə yaşamışlar. Mikrolitlər, daş baltalar, mis əşyalar və gil qablara təsadüf edilmişdir. Ölülər yaşayış yerində dəfn olunmuşdur. Məskənlərin birində (Tartariya) üzərində şumerlərdən əvvəl Mesopotamiyada mövcud olmuş yazı işarələri olan 3 gil lövhə tapılmışdır.