Turdus roseus

Adi alasığırçın (lat. Pastor roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin alasığırçın cinsinə aid heyvan növü.

Adi alasığırçın
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Növ:
Adi alasığırçın
Beynəlxalq elmi adı

Lələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir.

Arealı AvropaAsiyadır. Cənub-Qərbi Asiyada qışlayır. Adətən Naxçıvanda və Talışın dağüstü çöllərində yuvalayır. Qobustanda, Şamaxı yaylasında, Acınohur-Ceyrançöldə və Kiçik Qafqazın dağətəklərində yuvalaması sabit deyil. Qalan rayonlarda çoxalmadan sonrakı köçmələr zamanı rast gəlinir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Yarğanlı və qayalı açıq quru ərazilərdə məskunlaşır. Bəzən laq-da yuvalayır. Yuvasını yarğan və qaya yarıqlarında, saman və odun topalarında, bəzən isə birbaşa alaçıq döşəmələrində qurur. İyunda 4-5 göy yumurta qoyur. Çəyirtkə və başqa ziyanlı cücüləri məhv edir. Bəzi yerlərdə üzümlüklərə və başqa giləmeyvələrə zərər vurur.