Müasir beynəlxalq turizm xidmətləri bazarında çoxsaylı tur və turist marşrutları mövcuddur. Turizm formalaşmasına və tərkibinə görə, inklüziv və sifarişli turlara ayrılır[1].
Tərkibinə müəyyən, dəqiq, öncədən planlaşdırılmış xidmətlər dəsti daxil edilən turlardır.
Müştərinin istəyinə və seçiminə görə xidmətlər paketinin tərkibi birbaşa satış zamanı formalaşan turlardır.
Xidmətindən asılı olaraq turlar aşağıdakı turlara bölünür:
- Tematik (mövzulu) turlar - proqramında ekskursiya xidmətinin və tematik - dərketmə yönümülü məşğuluğun üstünlük təşkil edtiyi turlar;
- Kurort-sağlamlıq turları - sağlamlıı bərpaetmə tədbirlərinin və istirahət yönlü məşğulluğun üstünlük təşkil etdiyi turlar;
- İdman turlar - idman tədbirlərinin və ya fəal hərəkat üsullarının üstünlük təşkil etdiyi turlar;
- Kombinə edilmiş turlar - xidmət proqramında tematik, kurort-sağlamlıq və idman - yürüş turlarının elementlərini birləşdirən turlar.
- İl boyu - bunlara illik fəaliyyət qrafiki olan bütün turlar aiddir.
- Mövsümü - hər hansı bir mövsüm və ya mövsümlər ərzində fəaliyyət göstərən turlar
Turlar marşrut yolunun quruluşuna görə bölünür:
- Xətti - bir neçə xidmət məntəqələrinə baş çəkməklə və xidmətin başlanğıc və son nöqtələrinin üst-üstə düşməməsi ilə fərqlənən turlar.
- Radial - bir qayda olaraq, bir xidmət nöqtəsinə baş çəkilən turlaq
- Dairəvi - bir neçə xidmət nöqtələrinə baş çəkilməsi, eyni zamanda xidmətin başlanğıc və son nöqtələrinin üst-üstə düşməsi ilə fərqlənən turlar
- ↑ Sabir Rəhimov Turizm-ekskursiya işinin təşkili Bakı 2004