Turneps (Yem turpu)

Turneps (Yem turpu) — kələmkimilər (Brassicaceae) fəsiləsinə daxil olan ikiillik çarpaztozlanan bitki.

Turneps
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Turneps (Yem turpu)
Beynəlxalq elmi adı

Yem turpu (turneps) insanlar tərəfindən çox qədim zamanlardan becərilən, tezyetişən, soyuğadavamlı, yüksək məhsuldar, az tələbkar bitkidir. Yem turpu yabanı turpdan əmələ gəlmiş və Avroasiyada geniş yayılmışdır. Onun Rusiya ərazisində qida üçün becərilməsi şüurlu əkinçiliyin başlandığı vaxtdan hesab edilir. XIX əsrin əvvəllərindən isə yem bitkisi kimi becərilməyə başlanmışdır. Bu vaxtdan da şalğam bitkisinin iki adı yaranmışdır: 1) şalğam (qida kimi istifadə edilən, məhsuldarlığı aşağı, ancaq nisbətən şirin sortları), 2) turneps (yem kimi istifadə edilən, məhsuldar, az dadlı sortları). Yem turpunun əsas əkinləri Rusiyanın Qeyriqaratorpaq zonasında cəmlənmişdir. Soyuğadavamlılığı və vegetasiya müddətinin qısa olması onun Qütb dairəsinin riskli əkinçilik rayonlarınıda da müvəffəqiyyətlə becərilməsinə imkan verir. Hektardan 500–600 sentnerə qədər kökümeyvə məhsulu verə bilir. Orta məhsuldarlığı isə 300–400 s/ha-dır. Yerli sortların yarpaq məhsuldarlığı kökümeyvə məhsuldarlığının təxminən 1/4–1/5 qədərdir. O da hektardan şalğam qədər (10–15 sen.) toxum məhsulu verir. Yem turpunun kökümeyvəsinin tərkibində 6–9% quru maddə, 3–6% şəkər, 0,8 −1,6% zülali maddələr, 0,6–0,8% kül, 19–50 mq% C vitamini olmaqla, yarpaqlarında və sarı rəngli kökümeyvələrində karotin olur. Qidalılıq dəyərinə görə yem turpu şalğamdan bir qədər geri qalır. Onun yarpaqları yem kimi təzə halda istifadə edilir, ayrılıqda və ya başqa kökümeyvəlilərlə qarışıq siloslanır. Ondan vitaminli ot unu da hazırlamaq olur.[1]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Yem turpu (Brassica rapa L. ssp. rapifera Metzger) bitkisi kələmkimilər (Brassicaceae) fəsiləsinə daxil olan ikiillik çarpaztozlanan bitkidir. Kökü yumru formada olmaqla, yarpaqların yaxşı inkişaf etmiş rozetinə malikdir. Yem turpunun toxumları cücərərkən torpaq səthinə iri, girintili-çıxıntılı, ucunda ləpə yarpaqlar olan yaşıl rəngli cücərtilər çıxarır. Bu fazada o şalğamdan çətin seçilir. Əsil yarpaqları sadə, zəif və güclü yarılmış (bölünmüş) olur. Yem turpunun əksər sortları müxtəlif dərəcədə tüklüdür. Həyatının ikinci ilində kökümeyvənin başcıq hissəsində yerləşən tumurcuqlardan çiçəkdaşıyan zoğlar əmələ gəlir. Yem turpunun çiçək qrupu qalxancıqdır. Çiçəyinin tacı sarı rəngli, 4 ləçəkli, 6 erkəkciyi və dişiciyi olmaqla çoxyuvalı meyvəyə — qına çevrilir.[1]

  1. 1 2 Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem bitkiləri. Bakı: "Nurlan" nəşriyyat-poliqrafiya müəssisəsi 2013, s. 73–74

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]