Turxan Süleymanov

Turxan İdris oğlu Süleymanov (20 sentyabr 2002; Quşçu, Daşkəsən rayonu, Azərbaycan13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur.

Turxan Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Quşçu, Daşkəsən rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Daşkəsən Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası İdris Süleymanov
Təhsili orta
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2020—2022
Rütbə Əsgər
Döyüşlər Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2022

Həyatı[redaktə | mənbəni redaktə et]

Turxan Süleymanov 20 sentyabr 2002-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olmuşdur.[1] 2008-2019-cu illərdə S. İsgəndərov adına Daşkəsən rayon Quşçu qəsəbə tam orta məktəbində orta təhsil almışdır. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Turxan Süleymanov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətli hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmişdir.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi kimi iştirak edən Turxan Süleymanov 13 sentyabr 2022-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Həmin ilin 16 sentyabr tarixində nəşi Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilmişdir.[2]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Turxan Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.
  2. Elcan Məmmədov. "Şəhid Turxan Süleymanovla vida mərasimi keçirilib". www.azertag.az (az.). 2022-09-16. 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.11.2022.
  3. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-09. İstifadə tarixi: 06.11.2022.
  4. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-09. İstifadə tarixi: 06.11.2022.
  5. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-09. İstifadə tarixi: 06.11.2022.