Viktor Kok-ool adına Tuva Milli Musiqi və Dram Teatrı (rus. Тувинский национальный музыкально-драматический театр имени В. Кок-оола, tıva В. Ш. Көк-оол аттыг национал хөгжүм-шии театры) 1936-cı ildə təsis edilmişdir.[2]
Viktor Kok-ool adına Tuva Milli Musiqi və Dram Teatrı | |
---|---|
rus. Тувинский национальный музыкально-драматический театр имени В. Кок-оола, tıva В. Ш. Көк-оол аттыг национал хөгжүм-шии театры | |
| |
Ümumi məlumatlar | |
Əvvəlki adı | Viktor Kok-ool adına Tuva Dövlət Musiqili Dram Teatrı |
Əsası qoyulub | 1936 |
Mükafatları | |
Heyət | |
Direktor | Stanislav İril |
Baş rejissor | Aleksey Oorjak[1] |
Baş rəssam | Naçın Şalık |
Yerləşməsi | |
51°43′14″ şm. e. 94°26′21″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Kızıl |
Ünvan | 667000 Республика Тыва, г. Кызыл ул. Ленина, 35 |
|
|
theatre-tuva.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Teatr Tuva aktyoru və RSFSR-in əməkdar artisti Viktor Şoqjapoviç Kok-oolun adını daşıyır.[3]
Teatr studiyasının əsasında yaradılmışdır. Studiyanın özü 1936-cı ildə Viktor Kok-oolun "Xayıran bot" pyesi əsasında hazırlanmış tamaşa ilə açılmışdır. Studiyanı açma qərarı Tuva Xalq Respublikasının Kiçik Xuralı tərəfindən qəbul edilmişdir. 1944-cü ildə Tuva SSRİ-nin tərkibinə daxil oldu, 1945-ci ildə isə Milli Teatr yaradıldı. 1947-ci ildə teatr nəznində rus truppası yaradıldı. 1950-ci ildə teatrda aktyorluq studiyası açıldı.
1958-ci ildə teatr musiqi və drama teatrına çevrildi.[4]
1986-cı ildə teatr "Şərəf nişanı" ordeni ilə təltif edildi.[4]
Müxtəlif illər ərzində teatrdakı quruluşlara İvan Zabrodin, Siin-ool Öyün, Kadr-ool Saqdyı, İrina Lopsan rəhbərlik edirdi.
Akira Kurosavanın "Dersu Uzala" filmində baş rolda oynayan Maksim Munzuk teatr truppasının üzvü idi[4][5], həmçinin aktrisalar və müğənnilər və RSFSR xalq artistləri Kara-Kıs Munzuk və Xurqulek Konqar teatrda işləmişdilər.
2000-ci ildə teatr "Rusiyaya pəncərə" müsabiqəsinin laureatı oldu.[6]