Tvente Universiteti (nid. Universiteit Twente) — Niderlandın Enshede şəhərində universitet; sosial sferada innovasiya hazırlamalarının tətbiqinə yönəlmiş akademik universitetdir.
Tvente Universiteti | |
---|---|
52°14′33″ şm. e. 6°51′09″ ş. u.HGYO | |
Şüar |
High tech, human touch (azərb. İnsanların xeyrinə yüksək texnologiyalar) |
Əsası qoyulub | 1961 |
Tip | dövlət universiteti |
Ölkə | |
Ünvan | Niderland, Enshede şəhəri |
Sayt | utwente.nl |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetin tarixi 1961-ci ildən başlayır. Həmin il Tvente Ali Texniki Məktəbinin yaradılması haqqında qərar qəbul edilmişdir. Bu həmin vaxt Niderlandda müasir texnologiyalar üzrə ixtisaslaşan üçüncü ali məktəb idi. Kimyaçı Qerrit Berkhof ilk rektor olub. 1964-cü ildə ali məktəbin birinci dörd fakültəsi ilk 200 tələbəni qəbul edib. Ali məktəb 1986-cı ildən rəsmən Tvente Universiteti kimi fəaliyyət göstərir.
Universitetin nüfuzlu bakalavr, magistr və doktorantura proqramları elmi tədqiqat institutları ilə sıx qarşılıqlı əlaqə nəticəsində hazırlanıb və onların bazasında həyata keçirilir.
Hazırda universitetdə təxminən 8500 tələbə təhsil alır. Professor-müəllim tərkibi 1,400 nəfərdən ibarətdir. Məzunların təqribən yarısı ali təhsil müəssisəsini bitirdikdən sonra universitet yanında aspirantura və doktoranturada təhsilini davam etdirir.
Tvente Universiteti tələbələrə birinci elmi dərəcə üzrə 24 və magistratura üzrə 31 tədris proqramı təklif edilir. Bu proqramlar davranış haqqında elmlər, menecment və idarəetmə, maşınqayırma texnologiyası, elektrotexnika, riyaziyyat və kompüter elmləri, elm və texnologiya fakültələri və Beynəlxalq Geoinformasiya və Yer kürəsi Tədqiqatları İnstitutu çərçivəsində təqdim edilir.
İnsanların xeyrinə yüksək texnologiyalar - high tech, human touch, – universitetin devizini təşkil edir.
Tvente Universiteti Hollandiyada yeganə universitetdir ki, bütün fakültələr, laboratoriyalar, elmi və istehsal mərkəzləri bir ərazidə vahid universitet şəhərciyində cəmlənib. Ölkədə ən böyük universitet şəhərciyi toplam olaraq 1,44 milyon kv.m sahəni tutur. Universitet şəhərciyi tələbələr, aspirantlar və universitetin elmi işçiləri üçün tədris, tədqiqat fəaliyyəti və aktiv sosial həyat üçün optimal şəraiti yaradan xüsusi təşkil edilmiş infrastrukturla fərqlənir. Birinci dərəcəli idman tikililəri, kinoteatr və disko klublar, teatr klubu tələbə cəmiyyətinin aktiv üzvləri tərəfindən idarə olunur. Bu, tələbələrin asudə vaxt və aktiv istirahəti üçün çox gözəl şərait yaradır.
Universitet şəhərciyinin binaları müasir texniki avadanlıqlarla, həmçinin sürətli simsiz internetlə təchiz edilib. Universitet şəhərciyi bilavasitə Şərqi Hollandiya regionunda ən əhəmiyyətli mədəni mərkəz olan Enshede şəhərinin yaxınlığında yerləşir. Buradan Hollandiyanın və Avropanın ən əhəmiyyətli şəhərlərinə getmək olar.
Universitet şəhərciyində 2000-dən artıq tələbənin yerləşdirilməsi mümkündür. Şəhərcik ərazisində fəaliyyət göstərən 100-dən artıq müəssisə "Twente Kennispark" - yüksək texnologiyalar sənaye parkı çərçivəsində birləşir.
Hal-hazırda Tvente Universiteti fundamental və tətbiqi elmlər sahəsində fəal işləyən ən böyük innovasiya mərkəzidir. Tələbələrin və universitetin alimlərinin fənlərarası tədqiqat hazırlamaları Niderlandda və onun hüdudları xaricində yüksək texnologiyaların inkişafına ciddi töhfə verir.
Avropa ittifaqının son sorğusuna əsasən tətbiqi elmlər sahəsində universitetin innovasiya işləri ali təhsil ocağına Avropada 6-cı yer tutmaq imkanını verib.
Tədqiqat işi ilə yanaşı Tvente Universiteti öz tələbələrində sahibkar düşüncəsinin inkişafını fəal stimullaşdırmağa davam edir. Bu fəaliyyətin nəticəsi olaraq universitetin ərazisində və kənarda artıq 600-dən çox sənaye firması yaradılıb ki, tələbələr və ali məktəbin elmi-tədqiqat personalı ilə qarşılıqlı sərfəli əməkdaşlıq əsasında müvəffəqiyyətlə işləyirlər.
Tvente Universitetinin tədqiqat mərkəzləri ən yeni texnologiyalar - informasiya, bio və nanotexnologiyalar, cəmiyyətin və texnologiyanın qarşılıqlı təsirinin öyrənilməsi ilə məşğul olur. Universitetin hazırlamaları səhiyyə, həyat qabiliyyəti və həyat təminatı, təhlükəsizlik və pedaqogika sferalarında istifadə olunur.
Ali təhsil müəssisəsində Telematika və İnformasiya Texnologiyaları Mərkəzi, Nanotexnologiya, Biotibb Texnologiyaları və Texniki Tibb, Beynəlxalq Geoinformasiya və Yer kürəsi Tədqiqatları, İnnovasiyalar və İdarə etmə, Enerji və Resurslar, İctimai Elmlər və Texnologiya elmi-tədqiqat institutları fəaliyyət göstərir.
Tvente Universitetində TeleTOP internet əsaslı tədris prosesi həyata keçirilir. Onlayn giriş vasitəsilə tədris materialları, maarifləndirici multimedia proqramları, kurs işləri, tədris planları və cədvəllərin bütün spektri təmin edilir. TeleTOP layihəsi o qədər uğurlu olub ki, hal-hazırda başqa universitetlər və ticarət təşkilatları üçün kommersiya fəaliyyəti həyata keçiririr.
Universitet şəhərciyində yaşayan təxminən 2 min tələbə 100 Mbit/s ötürülmə sürəti ilə simli kanal üzrə universitetin lokal şəbəkəsinə çıxışla təmin edilib.
Universitet şəhərciyinin münasib yerləşməsi sayəsində Tvente Universiteti simsiz rabitə texnologiyasının tətbiqi üçün mükəmməl imkan yaradır, belə ki, onun korpusları, yataqxanaları və mənzilləri bir-birinə yaxın yerləşir.
2001-ci ilin aprelində, Avropa ali məktəblərinin arasında texnologiya lideri statusunu doğruldaraq, universitet şəhərciyində 802.11b standartının simsiz şəbəkəsini qurulub. Bu, tələbələr üçün 11 Mbit/s ötürülmə sürəti ilə lokal şəbəkəyə simsiz qoşulma imkanını təmin edib.
Öz simsiz şəbəkəsini daha da müasirləşdirməyə qərar verən Tvente Universitetin rəhbərliyi Intel korporasiyasına müraciət edib. Şirkət tərəfindən ali məktəbə yalnız bütün lazımlı avadanlıq verilməyib, həm də layihənin sponsor dəstəyi göstərilib.
2007-ci ildə Niderlandın digər iki texniki ali məktəbi - Eyndhoven və Delft universitetləri ilə birlikdə 3TU ("3 Texnologiya Universiteti") adlı federasiya yaratmışdır.[1]
2012-ci ildə "QS" şirkəti tərəfindən hazırlanmış dünya universitetləri reytinqində icmala daxil edilmiş 500-dən çox ali məktəb sırasında Tvente Universiteti 224-cü yerdə qərarlaşmışdır. Həmin reytinqdə bu ali məktəb mühəndislik-texniki elmlər sahəsində 135-ci yeri tutmuşdur.