Type 99

Type 99Çin Xalq Respublikasının Əsas döyüş tankı.Çin tankı özündə rus və Qərb texnologiyalarının qarışığını əks etdirir. Rus tankları kimi sərrast deyil, amma düşmən tanklarına qarşı effektiv ola bilər. Avtomatik yüklənmə sistemi ruslardan kopiyalanıb. Aktiv lazer qorunma mexanizminə malikdir. Type 99-un güclü mühərriki və yaxşı sürəti var. 2001-ci ildən Çin ordusunda xidmətə qəbul olunub.

Type 99
ZTZ-99
WZ-123
Tipi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 2001- davam edir
İstismara başlanması 1999
İstismar edənlər Çin Xalq Respublikası
İstehsal tarixçəsi
İstehsalçı Norinco
İstehsal sayı 814+ Type99/Type99A
Variantları
  • Type 98 - Əsas model
  • Type 98G - İnkişaf etdirilmiş əsas model
  • Type 99G
  • Type 99A
  • Type 99A1
  • Type 99A2
Xüsusiyyətləri
Ağırlığı

54 ton Type-99G

57 ton Type-99A1

58 ton Type-99A2
Zireh 3-cü nəsil kompozit zireh
Şose sürəti 80 km/h
Əsas silah 125 mm mm top
Köməkçi silah 7.62 mm coaxial MG, 3000 rds 12.7 mm external AA MG, 500 rds
Uzunluğu 11.0 m
Eni 3.4 m
Hündürlüyü 2.4 m
Ekipaj 3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

90-cı illərin əvvəllərində Çin özünün 2-ci nəsil dizaynı olan Type 90-II prototipini hazırladı. Type 90-II tankı Sovet istehsalı T-72 tankının oxşarı idi. Bu tank Çin Xalq Respublikası ordusunda xidmətə qəbul olunmasa da, Pakistana ixrac olundu və burada lisenziya altında "Al-Khalid" adı ilə istehsal olundu.

Type 98 və ya WZ-123 digər Çin istehsalı olan Type 90-II tankından hazırlanmışdır. Bu tank ilk dəfə 1999-cu ildə Milli Gün paradında göründü və 1 oktyabr 1999-cu ildə rəsmi olaraq açıqlandı. Bu tank sonradan adı dəyişdirilib Type 99 adı ilə xidmətə qəbul olundu.

Yenilənmiş variant olan Type 99A ilk dəfə 2015-ci il Qələbə Günü paradında təqdim olundu. Bu variant həmçinin, Çin ordusu tərəfindən 2014-cü ildə keçirilən təlimlərdə də istifadə olunmuşdur.

2008-ci ildə 200 ədəd Type 98 və Type 99 tankları Pekin və Şanxay hərbi bölgələrində yerləşdirilmişdi. Çin ordusunda Type 99 tankları qiymətinin yüksək olduğuna görə, digər tanklara nisbətən daha az saya malikdir.

WZ-123 və ya Type 90-III adı ilə də tanınır. İstehsaldan əvvəlki ilk versiyadır. Kompozit zirehə və 1200 at gücü mühərrikə sahibdir. Tankın zirehi T-80U və T-80UK tanklarına oxşardır.

Type 98G və Type 99G kimi də tanınır. 1200 AG olan mühərrik 1500 AG olan mühərriklə əvəz olunub. 3-cü nəsil ERA zirehi və 2-ci nəsil termal görünüş sistemi ilə təchiz olunub.

99A

Type 99 tankının inkişaf etmiş variantıdır. Prototip testlərinə 2007-ci ilin avqustunda başlanıb. Bu tanka 3-cü nəsil ERA sistemi və aktiv qoruma sistemi əlavə olunub. Yarı-avtomatik transmissiyaya sahibdir. İnkişaf etdirilmiş əsas silahı İnvar tipi TƏİR-dən atəş aça bilir.

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]
  • Çin Xalq Respublikası

2016-cı ilin sonuna olan hesablamasına görə, 590 ədəd Type 99 və 224 ədəd Type 99A tankı orduda xidmətini davam etdirir.