Al-Khalid tankı

Al-Khalid tankı MBT 2000 ya da bilinən adı ilə Al-Khalid tankı Pakistan ordusunun istifadə etdiyi ən yeni əsas döyüş tankıdır. Çin Pakistana aid Heavy Industries və Ukraynadan KMDB və Malyshev Factory-nin ortaq şəkildə hazırladığı bir tankdır. Tank adını əfsanəvi İslam Orduları komandiri Xalid bin Vəlidin adına düzəldilibdir. Tank Çin istehsalı Type 90-IIM ana müharibə tankı əsasında hazırlanmışdır. Ukrayna istehsalı olan isti və soyuq hava şərtlərinə uyğun 1200 at gücü olan 6TD dizel mühərriki ilə təmin edilmişdir.

Al-Khalid
MBT-2000
Tipi Əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 2001- davam edir
İstismara başlanması 2001
İstismar edənlər İstifadəçilər
İstehsal tarixçəsi
Konstruktor Norinco
İstehsalçı Heavy Industries Taxila (Al-Khalid)
Norinco (Type 90-IIM)
Xüsusiyyətləri
Ağırlığı 48 ton
Zireh Kompozit zireh, yüksək keyfiyyətli polad, Patlayıcı təpkisəl zireh
Şose sürəti 72 km/saat
geriyə 31 km/saat
Güc nisbəti 1500 a.g.
Əsas silah 125 mm yivsiz top, 39 rds
Köməkçi silah 7.62 mm coaxial MG, 3000 rds
12.7 mm external AA MG, 500 rds
Uzunluğu 10.07 mm
Eni 3750 mm
Hündürlüyü 2790 mm
Ekipaj 4 nəfər(komandir,sürücü,topçu,yükləyici)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü ilə qədər təqribən 310 ədəd tank Pakistan ordusu üçün istehsal olunub.

Tankın gecə döyüşmə xüsusiyyəti yanında avtomatik hədəf təqib sistemi də var. Tank digər ana müharibə tanklarına görə daha kiçikdir. Bunun səbəbi avtomatik güllə yükləmə sistemi sayəsində yükləyiciyə ehtiyac olmamasıdır. Son on ildə bu tankın dizaynı və istehsalı üçün 20 milyon ABŞ dolları xərclənmişdir.

Pakistan bu tank üçün olan sifarişi tamamladıqdan sonra, yeni nəsil Al-Haydar tankının istehsalına başlayacaq.

2-ci nəsil Çin-Pakistan əsas döyüş tankı olan MVT-2000 (“Al-Khalid”). O, 1997-ci ildə Çin Xalq Azadlıq Ordusunun silahlanmasına qəbul edilən “Ture 96” tankının Çin versiyasının yaxşılaşdırılmış modifikasiyasıdır. “Əl-Xalid” tankları artıq Mərakeş, Banqladeş və Myanma ordularının (Pakistanın özünü nəzərə almasaq) silahlanmasında var.

Tank bir çox cəhətlərdən Fransa istehsalı olan “Leklerk” tankının müasir atəş idarəetməsi sisteminin analoqudur. “Əl-Xalid” tankları Fransa istehsalı olan istilik görməsi ilə təchiz edilib. Mühərrik 50 dərəcədən yüksək temperatur havada işləməyə uyğunlaşdırılıb. Tankın maksimal sürəti 65 kilimetr/saatdır. 450 kilometr məsafə qət edə bilər. Tankın çəkisi 48 ton təşkil edir. Ekipajı 3 nəfərdən ibarətdir. Tankda 125 milimetrlik elektron avtomat doldurmasına malik 2A46 topuna, 762 millimetr kalibrə malik “86 tipli” pulemyot, qüllədə 12,7 millimetr çaplı “W-85” pulemyotu və 12 ədəd tüstü qumbarasına malikdir. Tuşlama qurğuları lazer məsafəölçəni, istilik görüntüsü yaradan avadanlıqlarla təchiz edilib. Tankın gövdəsi və qülləsinə dinamik müdafiə quraşdırılıb. “Əl-Xalid”də həmçinin hərəkət hissəsini qapayan yeni gövdə ekranları da mövcuddur.

“Əl-Xalid” tankları Ukrayna istehsalı olan 6TD-2 mühərrikləri ilə təchiz edilmişdir. Həmçinin motor-transmissiya bölməsində T-80 UDT-84 tanklarına bənzər şəkildə Sovet tank quruculuğu məktəbinin, xüsusən də T-72M-in xüsusiyyətləri hiss olunur.

  • Al-Khalid I
  • Al-Khalid II
  • VT-1A

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]