Tyuilri bağı

Zəfər tağı və Həmrəylik Meydanından böyük dairəvi hovuz istiqamətinda Tüilri bağının görünüşü

Tüilri bağı (fr. Jardin des Tuileries Fransızca tələffüz: [ʒaʁdɛ̃ de tɥilʁi]) — Parisin 1-ci dairəsində Luvr muzeyi və Həmrəylik Meydanı arasında yerləşən milli parkdır.[1] 1564-cü ildə Tüilri sarayının bağı kimi Yekaterina Mediçi tərəfindən yaradılmış və 1667-ci ildən ictimaiyyətə açıqdır. Tüilri bağı Fransa inqilabından sonra ictimai park oldu.[2] XIX-XX əsrlərdə bu yer Parislilərin görüşmək, istirahət etmək , şənliklər təşkil etmək və gəzinti yeri kimi məşhur idi.

Yekaterina Mediçinin bağı

[redaktə | mənbəni redaktə et]
1576-cı ildə bağların Cek I Androuet du Cerceau tərəfindən çəkilmiş qravürası

Kraliça Yekaterina Mediçi 1559-cu ilin iyulunda əri II Henri vəfat etdikdən sonra , yeni kral olmuş oğlu II Fransisklə Luvr sarayı ilə yanaşı olan Bastiliya yaxınlığındakı Tournelles Mehmanxanasına köçdü.[3] O, doğma Florensiya bağlarının şərəfinə onlara oxşar bağlarla Luvrdan ayrı özü üçün yeni saray tikdirmək qərarına gəldi.

Burada cənubdan Sen, şimaldan Rü Sent-Onore (fr. Rue Saint-Honoré), şərqdən Luvr və qərbdən su ilə dolmuş dərin çuxurlar və şəhər hasarları ilə həmsərhəd olan yer var idi. XIII əsrdən bəri bu ərazidə binaların dam örtüyü üçün kirəmit hazırlayan Tüilri adlandırılmış emalatxanalar yerləşirdi. Bəzi torparlar Kral I Fransisk tərəfindən XVI əsrin əvvəllərində alındı. Yekaterina daha çox ərazi əldə etdi və bu ərazilərdə bağ və saraylar tikdirməyə başladı.

Yekaterina Mediçi Florensiyadan olan peyzaj memarı Bernard de Karnesse, Çin farforunun sirrini açmağı əmr etmiş Bernard Palissi tərəfindən yaradılmış heyvan və bitki şəkilləri ilə bəzədilmiş saxsılarla grot, labirint və fontanlarla İtalyan İntibah bağı tikməyi tapşırdı.[4]

Yekaterina Mediçiun bağı beş yüz metr uzunluğunda və üç yüz metr enində cığırlarla yeni qəsrdən ayrılmış ərazi ilə əhatə olunmuşdu. Bu ərazi çiçək ləkləri, beş kiçik ağac qrupu, çəmənlik salınmış hissə və faktiki olaraq dirrik və üzümlüklərdən ibarət altı döngəli düzbucaqlı hissələrə bölünmüşdü.

Tüilri hal-hazırda Parisdə çox gözəl və geniş bağdır. Yekaterina İngiltərə kraliçası I Elizabetin elçilərinin şərəfinə təmtəraqlı kral şadlıqları və IV Henrix və bacısı Marqarita de Valyanın nigahı üçün bu ərazidən istifadə edib.[5]

IV Henrinin bağı

[redaktə | mənbəni redaktə et]

Kral III Henri 1588-ci ildə Parisi tərk etməyə məcbur oldu və bağlar yararsız vəziyyətə düşdü. Onun varisi IV Henri və bağbanı Klod Molle (fr. Claude Mollet) tut ağacları əkilmiş paralel xiyabanlar və bağ uzunu gəzinti yerlərini tikdirərək, bağları yenidən bərpa etdilər. Kral IV Henri bununla ipəkqurdu yetişdirilməsinə və Fransada ipək sənayesinin başlanmasına ümid edirdi. O, həmçinin Pon-Nöf (fr. Pont-Neuf)də 1608-ci ildə tikilmiş La Samariten (fr. La Samaritaine) adlandırılmış yeni nasoslu su ilə təhciz olunmuş fəvvarəli düzbucaqlı formasında hovuz tikdirmişdi. Ərazi saray və V Şarlın qazdırdığı keçmiş qalayanı xəndək arasında mərkəzdə böyük fəvvarəli “Yeni Bağa” çevrildi. IV Henri heç vaxt daim bərpa işləri aparılan Tüilri sarayında yaşamayıb. O bu bağlardan gəzinti və istirahət yeri kimi istifadə edib.

Tüilri bağlarında heykəltaraşlıq

[redaktə | mənbəni redaktə et]
  1. "Jardin des Tuileries". 2021-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul, 2014.
  2. "Sailing in the Tuileries". 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul, 2014.
  3. "Palais de Tuileries". 2014-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul, 2014.
  4. "Tuileries Garden". 2017-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul, 2014.
  5. PARIS GARDENS "JARDIN DES TUILERIES". 9 fevral, 2014. 2014-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul, 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Jardin des Tuileries Arxivləşdirilib 2013-03-07 at the Wayback Machine (fr.)