Yekaterina Mediçi

Yekaterina Mediçi (it. Caterina de' Medici; fr. Catherine de Médicis) (13 aprel 1519[1], Florensiya, Florensiya Respublikası[7][2]5 yanvar 1589[2][1][…]) — Fransa kralı II Henrinin xanımı, Fransa kraliçası. O, eyni zamanda 3 Fransa kralınınII Fransisk, IX KarlIII Henrinin anasıdır.

Yekaterina Mediçi
it. Caterina de' Medici
5 dekabr 1560 – 17 avqust 1563
MonarxIX Karl
31 mart 1547 – 10 iyul 1559
ƏvvəlkiAvstriyalı Eleonora
SonrakıMariya Stüart
8 fevral 1566 – 5 yanvar 1589
ƏvvəlkiValualı Janna
SonrakıBurbonlu Mariya
Şəxsi məlumatlar
Doğum tarixi 13 aprel 1519[1]
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1589(1589-01-05)[2][1][…] (69 yaşında)
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
Fəaliyyəti Regent
Həyat yoldaşı
Uşaqları
Ailəsi Mediçilər
Dini Roma-Katolik kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yekaterina 1519-cu ildə Florensiyada Urbino hersoqu Lorenzo Mediçi və xanımı Medlin La-tur-Davernin yeganə övladı olaraq dünyaya gəldi. 1533-cü ildə o, hələ 14 yaşında Fransa kralı I Fransiskin oğlu Henri ilə evləndirildi. Onun bu evliliyi qohumu olan Roma papası VII Klement tərəfindən təşkil edilmişdi. 1547-ci ildə Fransa kralı olan əri II Henri onu dövlət işlərindən uzaq tumağa çalışsa da, onun 1559-cu ildə vəfatının ardından Yekaterina siyasi arenada təkbaşına qaldı. 15 yaşlı böyük oğlu II Fransisk taxta çıxarılsa da, bir il sonra vəfat etdi və Fransa taxtı digər oğlu IX Karla qaldı. Hələ 10 yaşında olan oğlu üçün 1563-cü ilədək kral naibəsi olaraq xidmət etdi. IX Karlın 1574-cü ildə vəfatının ardından Yekaterinanın ən kiçik oğlu olan III Henri Fransa kralı oldu. Yekaterina Mediçi ömrünün son illərinə qədər dövlət idarəsində söz sahibi oldu.

Yekaterinanın hər 3 oğlu da Fransada vətəndaş və din müharibələrinin yüksəldiyi bir dövrdə səltənət sürdülər. Monarxiyanın üzləşdiyi problemlər olduqca çətin olsa da, Yekaterina dövlət idarəsini hərbi nizama salaraq bunlarla mübarizə aparmağa çalışdı. İlk başda Fransada yüksəlməkdə olan hugenotlarakalvinizm hərəkatına göz yumsa da, daha sonra ailəsinin Roma papasınakatolik kilsəsinə olan bağlılığı səbəbilə ölkədə onlara qarşı sərt tədbirlər aldı. Bunlardan ən dəhşətlisi isə, şübhəsiz ki, 1572-ci ildə baş tutan Varfolomey gecəsi qətliamı idi.

Yekaterina Mediçi 1519-cu ildə İtaliyanın Florensiya şəhərindən anadan olmuşdur. Atası Urbino hersoqu Lorenzo Mediçi idi. Doğumundan qısa müddət sonra ata və anasını itirərək yetim qalan Yekaterina ailənin yeganə varisi oldu. Ailəsinin ölümündən sonra ona baxacaq heç bir yaxını qalmamışdı. Atasının uzaq qohumu kardinal Culio Mediçi şəhərə gəldi və idarəetməni əlinə aldı. Balaca Yekaterinaya o baxmağa başladı.[8]

Yekaterina 8 yaşında olanda qaldığı saray xalqın hücumuna məruz qaldı. Yekaterina və yaxınları saraydan qaçmağa məcbur oldular, amma üsyan liderləri balaca qızın onlarda qalmasını istədilər. Niyyətləri gələcəkdə istifadə edə biləcəkləri dəyərli bir əsirə sahib olmaq idi. Əsir alınan Yekaterina şəhərin müxtəlif yerlərində və monastırlarında yaşadı, bunun sayəsində yaxşı təhsil ala bildi.[8]

Florensiya üsyanı daha sonra Culio Mediçi tərəfindən yatırıldı. Yekaterina Culio ilə yaşamaq üçün Romaya göndərildi. Bu dövrdə artıq böyümüş olan Yekaterinanı ərə vermək planları var idi. Culio və Fransa kralı I Fransisk onu kralın 2-ci oğlu Henri ilə evləndirməyə qərar verdilər. 14 yaşında olan Yekaterinadan bu barədə fikri soruşulmamışdı.[8]

Fransada hakimiyyəti

[redaktə | mənbəni redaktə et]
Henri və Yekaterinanın evliliyi.

Yekaterina Fransa monarxiyası üzərində böyük təsir buraxmaq istəyirdi. Qısa boylu və arıq olmasına baxmayaraq, saraya dəbdəbəli şəkildə daxil olmaq istəyirdi. Sənətçilərdən aldığı tövsiyədən sonra dövrün ilk hündürdaban ayaqqabısını geyindi və həqiqətən bundan sonra bütün Fransa ondan danışmağa başladı.[8]

Henri ilə evləndikdən sonra Fransanın böyük hissəsini gəzdi və burada heç bir dostu yox idi. Fransız zadəganlar onu "İtalyan qadın" kimi çağırırdılar. Henri 1536-cı ildə Fransiskin oğlu Daufin öldükdən sonra taxta varis oldu. Bu isə bəzi problemlərə səbəb oldu, belə ki, bir çox fransızlar kraliçalarının italyan olmasını istəmirdilər. Buna görə də onun uşaq doğması da istənilmirdi. Lakin Yekaterina 1543–1555-ci illərdə 3-ü balaca ikən ölən 10 uşaq doğdu. Oğullarından Şarl, Fransisk və Henri daha sonra Fransa kralı oldular.[8]

Yekaterinanın qayınatası I Fransisk 1547-ci ildə vəfat etdi və həyat yoldaşı II Henri adı ilə Fransa kralı oldu. Beləliklə, Yekaterina Fransanın kraliçası oldu.[8]

Buna baxmayaraq, Yekaterinanın evliliyində problemlər var idi. Kral Henri onu çox sevsə də, Diana de Poyteni ilə qeyri rəsmi münasibət yaşayır və onunla daha çox vaxt keçirirdi. Üstəlik Diana Henridən istifadə edərək Fransanın idarəsində söz sahibi olurdu. Bu, Yekaterinanın qəzəbinə səbəb olsa da, hərəkət etməməyə üstünlük verdi. II Henri hakimiyyəti boyunca güclü kral olduğundan, Yekaterina bu dövrdə arxa planda qaldı.[8]

1559-cu ildə II Henrinin ölümündən sonra ən böyük oğlu II Fransisk taxta çıxdı. Xəstə və zəif uşaq olan II Fransiskin hakimiyyəti qısa çəkdi. Ondan sonra Yekaterinanın 10 yaşlı oğlu IX Şarl adı ilə taxta çıxdı. IX Şarl balaca uşaq olduğundan Yekaterina onun adından krallığı idarə edirdi. Şarlın da ölümündən sonra oğlu III Henri hakimiyyətə gəldi və Yekaterina yenə eyni taktika ilə ölkəni idarə etməyə davam etdi.[8]

Katolik olan Yekaterina 1562-ci ildə başlayan vətəndaş müharibəsində katolikləri dəstəkləsə də, tarazlıq yaratmaq üçün protestantları da dəstəklədi. Lakin 1572-ci ildə protestantların hakimiyyət üzərində təsirinin artdığını gördükdən sonra protestant Qugenotların lideri olan Qaspar Kolinini zəhərlətdirdi. Bu hadisə 24 avqustda Varfolomey gecəsi adı ilə tarixə düşən və 50 min protestantın qətli ilə başa çatan qətliama səbəb oldu.[8]

Yekaterina Mediçi Fransa kraliçası kimi.

Yekaterina qızı Elizabeti İspaniyanın katolik kralı II Filip ilə, digər qızı Marqareti isə sonradan IV Henri adı ilə Fransa kralı olacaq protestant Navarra kralı Henri ilə evləndirmişdi. Məqsədi məzhəblər arasında tarazlıq yaratmaq idi. Henri taxta çıxanda protestantlıqdan katolikliyə keçdi və ölkədə məzhəb azadlığı ilə bağlı işlər görərək 30 illik məzhəb savaşlarına son verdi. Yekaterina mütləq monarxiyanın memarlarından biri hesab olunur.[8]

1589-cu ildə ağciyər iltihabından öldü. 1793-cü ildə inqilabçı izdiham məzarından onun parçalarını çıxartdı və digər kral və kraliçaların olduğu məzarlığa atdı.[8]

Yekaterina Mediçi rəssamlıq və incəsənət ilə maraqlanırdı. İntibah mədəniyyətinin inkişafında rol oynamışdır. Buna görə də "İntibah qadınlarından biri" kimi qələmə verilir. O, həmçinin ölkəsi İtaliyanı çox sevirdi və tez-tez Fransa aşbazlarını İtaliyaya göndərib orada İtaliya yeməklərini öyrənmələrini təmin edirdi. Fransa dondurma, sirop, makaron ilə belə tanış oldu.[8]

Avropada hündürdaban ayaqqabıdan ilk dəfə o istifadə etmişdir. Fransada tütündən də ilk dəfə istifadə edən Yekaterina idi. Tütündən baş ağrısının qarşısını almaq üçün istifadə edirdi. Ölkədə dəsmaldan da ilk istifadə edənin o olduğu deyilir.[8]

Yekaterina düşmənlərini zəhərlədiyindən öz kimyaçıları var idi.[8]

Kral II Henridən xahiş edərək Nostradamusu sarayın özəl astroloqu və həkimi təyin etmişdi.[8]

  1. 1 2 3 4 Catherine de' Medici (ing.). // The Catholic Encyclopedia: An International Work of Reference on the Constitution, Doctrine, Discipline, and History of the Catholic Church NYC: D. Appleton & Company, 1913. — (Catholic Encyclopedia)
  2. 1 2 3 4 5 6 Catherine de' Medici (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 5. P. 528–529.
  3. 1 2 3 Любович Н. Екатерина Медичи (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1894. Т. XIа. С. 577–578.
  4. П. К—ий Франциск II (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1902. Т. XXXVIа. С. 532–533.
  5. 1 2 3 4 Kindred Britain.
  6. Маргарита Французская (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XVIIIа. С. 605.
  7. 1 2 Екатерина Медичи // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Ali Çimen. Tarihi değiştiren kadınlar (türkcə) (TİMAS). 10 dekabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]