Uçalı Stounhenci (başq. Учалы Стоунхенджы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Uçalı rayonundakı tarixi-arxeoloji abidə[1]. İngiltərədəki qədim Stounhenc abidəsinə bənzəyir.
Uçalı Stounhenci 1956-cı ildə Uçalı rayonundakı Yanı Bayramğol kəndinin yaxınlığında "Baqşay" deyilən yerdə tapılmışdır.
12 min illik tarixi olduğu ehtimal edilir.
2004-cü ildə Könsığış İqtisadi-Humanitar Universiteti, Başqırdıstan Respublikasının Milli muzeyi və Uçalı rayonunun rəhbərliyi tərəfindən bu ərazidə arxeoloji qazıntılara başlanılmışdır[2].
Abidəni araşdıranlar arasında Hindistan, Misir, İtaliya, Çexiya və başqa ölkələrdən mütəxəssislər olmuşdur.