Uşaq Ölümüylə Mübarizə Cəmiyyəti

Uşaq ölumünlə mübarizə cəmiyyətiXIX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş uşaq xeyriyyə cəmiyyəti.[1]

Buzovna qəsəbəsində yerləşən yay koloniyası (1911)

XIX əsrdə əhaliyə tibbi xidmət hələ tələbata cavab verə bilməsə də şəhər özünüidarə orqanları, ayrı-ayrı sahibkarlar Bakıda tibb müəssisələri açdırır, onlara maliyyə vəsaiti ayırırdılar. Məşhur neft sənayeçisi Musa Nağıyevin vəsaiti hesabına 1914–1918-ci illərdə tikilən xəstəxana bu gün də onun adını daşıyır. Bakıdakı Mixaylov xəstəxanası, doğum evi, uşaq və göz xəstəxanaları, 1901-ci ildə açılan və əhalinin yoxsul təbəqəsinə xidmət göstərən pulsuz ambulatoriya Bakı şəhər büdcəsi tərəfindən maliyyələşirdi. Tibbi xidməti əks etdirən 147№-li vitrində Mixaylov xəstəxanasının həyətində dayanmış tibbi yardım faytonu təsvir olunmuşdur, burada pulsuz şəhər doğum evinin 1898-ci il hesabatı və azərbaycanlı həkimlərə məxsus şəxsi əşyalar, sənədlər və onların istifadə etdikləri tibbi alətlər nümayiş olunur. Bu dövrdə Azərbaycanın bir qrup həkim və ictimai xadiminin səyi və doktor Yevsey Gindesin başçılığı ilə "Uşaq ölümünə qarşı mübarizə ittifaqı" adlı xeyriyyə cəmiyyəti yaradılmışdı. 1914-cü ildə bu cəmiyyətin sanatoriyası açılmışdı. Gindes eyni zamanda məktəblərdə sanitar nəzarətinin yaradılması layihəsini də hazırlamışdı. Həmin layihə (№ 1) və "Uşaq ölümünə qarşı mübarizə cəmiyyəti"nin Mərdəkandakı sanatoriyasının fotoşəkli (№ 9), eləcə də Azərbaycanın görkəmli həkimlərinin şəxsi əşyaları və sənədləri, Gindesin mühazirələri çap olunan kitabçalar və s. həmin vitrində nümayiş olunur.[1]

  1. 1 2 "Vitrin 147" (az.). AMEA Tarix İnstitutu. (#cite_web_url); (#accessdate_missing_url)