Uşaq doğumu — bir qadının hamiləliyini sona çatdıran və bu vəziyyətdə doğum kanalı adlandırılan servikal kanal və vagina vasitəsilə dölün və plasentanın uşaqlıqdan çıxarılmasından ibarət olan təbii fizioloji proses. Bir və ya bir neçə körpə vaginal doğuş və ya qeysəriyyə yolu ilə ananın daxili mühitindən çıxır. 2019-cu ildə dünya üzrə təxminən 140,11 milyon insan doğuldu. İnkişaf etmiş ölkələrdə doğuşların əksəriyyəti xəstəxanalarda, inkişaf etməkdə olan ölkələrdə isə evdə doğuşlardır.[1][2]