Uşaqlıq atoniyası — uşaqlığın kifayət qədər yiğılmaması, əzələ divarlarının zəifləməsi və ya doğuşdan sonra uşaqlığın tonusunun tamamilə itirilməsidir. Doğuşdan sonra baş verən qanaxmaların ən mühüm səbəbi də uşaqlıq atoniyası hesab edilir.[1][2]Uşaqlıq atoniyası olan şəxslərdə doğuşdan sonra qanaxma başlayır və qadının ölümünə səbəb olur. Doğuşdan sonra baş verən ölümlər arasında ən çox rast gəlinən 5 haldan biri də uşaqlıq atoniyasıdır.[1][3]
Əsasən doğuş zamanı uşaqlıqəzələlərinin daralması qan damarlarını sıxır və qan axınını azaldır. Bu da qanaxmanın qarşısını alır və laxtalanmaya kömək edir. Uşaqlıq əzələlərinin kifayət qədər yığılmaması isə kəskin qanaxmaya səbəb olur.[4]
Doğuşdan sonrakı qanaxmanınuşaqlıq atoniyasından olub olmamasını müəyyən etmək üçün əvvəlcə uşaqlıq əzələlərinin yığılması üçün tədbirlər görülməlidir.
Birdən çox dölün olması, polihidramnioz, dölün makrosomiyası, uşaqlıq mioması, xorioamnionit kimi faktorların səbəb olduğu uşaqlıq yolunun genişlənməsi də uşaqlığın funksiyasının və atoniyasının azalmasına səbəb ola bilər.[6] Saxlanılan plasenta toxuması və ya plasenta implantasiyası, plasenta previa və plasentanın ayrılması kimi plasental pozğunluqlar ananın doğuşdan sonrakı qanaxma riskini artırır. Bədən kütləsi indeksinin (BKİ) 40-dan çox olması və koaqulopatiyalar da müəyyən edilmiş risk faktorlarıdır.[2][3][7][8]
Uşaqlıq miyometrium kimi tanınan bir-birinə bağlı əzələ liflərindən ibarətdir. Plasentanı qidalandıran qan damarları bu əzələ təbəqəsindən keçir. Doğuşdan sonra qan damarlarını fiziki olaraq sıxan bu əzələlərin yığılması nəticəsində hemostaz baş verir.[9] Yerli hemostatik amillər, məsələn, toxuma faktoru plazminogen aktivatoru inhibitoru tip 1, həmçinin trombositlər və laxtalanma faktorları qan axını dayandırmağa kömək edir.[10] Miyometrium atonik hala gəldikdə isə fizioloji yığılma baş vermir.[9]
Doğuş zamanı oksitosin davamlı olaraq ifraz olunur və bu da dölün doğulması üçün uşaqlıqəzələlərinin yığılmasını stimullaşdırır.[11] Qan axmanı dayandırmaq üçün oksitosin ifrazı doğuşdan sonra da davam edir.[11] Əgər oksitosin reseptorları desensibilizasiya olunarsa və hormona cavab verməzsə uşaqlıq yığılmaz. Bu zaman uşaqlıq struktur olaraq zədələnə və ya uzana bilir ki, bu da onun yığılmasına mane olur. Bu səbəbdən doğuş zamanı plasentanın damarları zədələnir və əzələ daralmalarının olmaması hemostazın əldə edilməsinə imkan vermir.[2]
Qan itkisi doğuşun gözlənilən əlamətlərindən biridir və 500 ml-dən az qan itkisi normal hesab olunur.[3][12][13] Lakin, bu miqdardan artıq qan itkisi normal hesab edilmir və qanaxma sayılır. Qeysəriyyə əməliyyatı keçirənlər adətən vaginal doğuşdan daha çox qan itirirlər. Buna görə də həddindən artıq qan itkisinin olub olmamasını müəyyən etmək üçün orta qan itkisi 1000 ml hesab edilir. Ananın qan itkisi yalnız vizual yolla müəyyən edildiyinə görə çox da aydın nəticələr vermir.[14]
↑ 123Prabhcharan Gill, Anjali Patel, James W. Van Hook MD. Uterine Atony // StatPearls (ingilis). Treasure Island (FL): StatPearls Publishing. 2020. 2021-08-27 tarixində arxivləşdirilib.
↑Материнская смертность // 1. Малая медицинская энциклопедия. — Медицинская энциклопедия. 1991—96 гг. 2. Первая медицинская помощь. — Большая Российская Энциклопедия. 1994 г. 3. Энциклопедический словарь медицинских терминов. — Советская энциклопедия. — 1982—1984 гг. М.