UFO — 1969-cu ildə Londonda yaranmış ingilis rok qrupudur. Qrup, «heavy-metal» üslubunun formalaşmasında mühüm rol oynamış və bir çox klassik metal qruplarının (Iron Maiden, Metallica, Megadeth və s.) inkişafına böyük təsir göstərmişdir. UFO, VH1'in "100 Greatest Artists of Hard Rock" sıralamasında 84-cü sıradadır.
UFO | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
Hard-rok Heavy metal |
Fəaliyyət illəri |
1969—1983 1984—1989 1992—h.h. |
Ölkə |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Şəhər | London |
Leybl |
Beacon Nova Rare Earth Chrysalis Records EMI Metal Blade Records Shrapnel Records SPV Records |
Heyət |
Fil Moqq Pit Vey Vinni Mur Endi Parker Pol Reymond |
Keçmiş üzvlər |
Pit Vey Mixael Şenker Ensli Danbar Ceyson Bonem Saymon Rayt |
Digər layihələr |
Lone Star Michael Schenker Group Fastway Waysted The Plot Scorpions |
www.ufo-music.info | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup, Hocus Pocus adı altında vokalist Fil Moqq, gitarist Mik Bolton, bas gitarist Pit Vey və barabançı Endi Parker tərəfindən yaranmışdır. Tezliklə qrup, Beacon Records şirkətinin prodüseri olan Noel Mur tərəfindən Londondakı eyni adlı klubda kəşf edildi və qrup 1969-cu ilin oktyabrında adını dəyişərək UFO qoydu.
Qrup, 1970-ci ildə "UFO 1" adlı ilk hard rok albomunu çıxartdı. Bu albom qrupa, Yaponiya və Almaniyada məşhurluq gətirdi. Qrupun 1971-ci ildə yayımladığı ikinci studiya albomu "UFO 2: Flying" daha çox heavy-metal üslubuna yaxın olsa da o zamanlarda məşhur olan speys-rok janrını da xatırladırdı.
1972-ci ildə Mik Bolton qrupu tərk etdi. UFO üzvləri qrup üçün Boltonu əvəz edə biləcək uyğun gitaristi axtarmağa başladılar. Bir müddət Larri Uollis onlarla işlədi, sonra Berni Marsden. 1973-cü ilin yayında qrupa, Scorpions'dan Rudolf Şenkerin qardaşı Mixail Şenker gəlir. UFO, "Force It" və "No Heavy Petting" albomlarının çıxışından sonra dünya səviyyəsinə tanınmağa başlayır. Qrup Böyük Britaniyada və ABŞ-da məşhur olur. 1976-cı ildə qrupa 5-ci üzv, pianist və gitarist Pol Reymond gəlir. Onunla yazılmış ikinci albom "Lights Out", tez-tez UFO yaradıcılığının zirvəsi adlandırılır.
1978-ci ildə Şenker qrupdan ayrılır. Onun yerinə Pol Çepmen gəlir, hansı ki, Çepmen UFO ilə, Böyük Britaniyada uğurlu satış əldə etmiş "The Wild", "The Willing and the Innocent" və "Mechanix"" albomlarını yazır. Ancaq 1983-cü ildə, tənqidçilər tərəfindən neqativ qarşılanmış "Making Contact" albomunun çıxışından sonra qrup dağılır.
İki il sonra Fil Moqq yeni üzvləri bir araya yığır və "Misdemeanor" albomunu yazır, amma 1988-ci ildə UFO yenidən dağılır. 1992-ci ildə Moqq və Uey yenidən qrupu yığmağa qərar verir və bir müddət gitarist Lorens Arçer-la və baraban ifaçısı Klayv Edvards ilə işləyir. 90-cı illərin ortalarında UFO klassik heyəti ilə (Moqq, Uey, Reymond, Şenker və Parker) müvəffəqiyyətli qastrola çıxır. 2002-ci ildə, "Sharks" albomun yazılmasından sonra, Şenker yenidən qrupu tərk edir, və gitarist Vinni Mur onu əvəz edir.
2004-cü ildə qrup, yeni daimi gitarist Vinni Mur və baraban ifaçısı Ceyson Bonem ilə "You Are Here" adlı on yeddinci studiya albomunu buraxır. UFO, 2005-ci ilin noyabr ayında yenidən yazılmış bir neçə mahnının və qrupun canlı konsert performanslarının yer aldığı Showtime adlı albomunu DVD şəklində buraxır. 2005-ci ilin noyabr ayında Endi Parker, İspaniyanın Qranada şəhərində keçiriləcək olan Piorno Rock Festivalında iştirak etmək üçün qrupa qayıdır. UFO, 2006-cı ildə "The Monkey Puzzle" adlı on səkkizinci studiya albomunu satışa çıxardır.
2007-ci ildə ayağından əməliyyat olan Endi Parker, sağaldıqdan sonra yenidən qrupa qayıdır.
UFO, 2009-cu ilin iyun ayında "The Visitor" adlı on doqquzuncu studiya albomunu buraxdı. Albom son 15 il ərzində ilk dəfədir ki, Böyük Britaniyanın Top 100 Albom siyahısına düşdü. Qrup, albomun ardından Böyük Britaniya turneyinə çıxdı. Ancaq Pit Vey sağlamlığından əziyyət çəkdiyi üçün bu turnedə iştirak edə bilmədi.
Qrup 2009-cu ilin iyulunda, 1975 və 1982-ci illər arasında verdiyi konsertlərdən və daha əvvəl yayımlanmamış olan bir çox mahnıda ibarət olan bir CD buraxdı.
Qrupun, 2010-ci ilin dekabrından bəri üzərində işlədiyi "Seven Deadly" adlı yirminci studiya albomu 2011-ci ilin çıxacağı gözlənilsə də, nəhayət albom 2012-ci il 27 fevral tarixində yayımlandı. Dinləyicilər tərəfində müsbət dəyərləndirilən albom bir çox musiqi siyahılarında uğurlu yer tutdu. Albom, Almaniya və İsveçdə böyük uğur qazandı.