UNEC 2015 Tələbə İdman Oyunları

UNEC 2015 Tələbə İdman Oyunları (ing. UNEC 2015 Student Games) — Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "İqtisadçı Gənclər Akademiyası" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan universitetləri tarixində ilk dəfə "UNEC I Tələbə İdman Oyunları" təşkil olunacaq.[1] 11 idman növü üzrə UNEC-in fakültələrini təmsil edəcək 700-dən çox idmançı arasında yarışlar 14-24 dekabr tarixlərində təşkil olunacaq.[2] Oyunların açılış mərasimi 14 dekabr, bağlanış mərasimi isə 24 dekabr tarixində baş tutacaq.[3] Bütün yarışlar olimpiya qaydalarına uyğun aparılacaq. Oyunların mütəşəkkil təşkil olunması üçün çoxlu sayda könüllünün oyunlara cəlb olunması planlaşdırılır. İdman oyunları UNEC-in 85 illik yubileyi çərçivəsində təşkil olunur. Təşkilat komitəsi ilk öncə bazada qeydiyyatda olan idmançıları siyahılandıracaq. Daha sonra qruplara daxil olaraq həvəskar idmançılar siyahılandırılacaq və fakültələri təmsil edəcək idmançılar qərarlaşdırılacaq. Tələb çox olan idman növləri üzrə idmançıları fakültələr daxilində seçim turları təşkil edərək müəyyən olunacaq. Oktyabrın 12-dən idmançıların qeydiyyatı başlayacaq. İlkin mərhələdə qeydiyyatı 50 könüllü tələbə həyata keçirəcək. Oktyabrın sonunadək idmançıların siyahısı hazır olacaq və təlim-məşq toplantılarına start veriləcək.

UNEC 2015 Tələbə İdman Oyunları
İdmançıların sayı 700-dən çox
Açılış mərasimi 14 dekabr 2015
Bağlanış mərasimi 24 dekabr 2015
Rəsmən açılışı edib 14 dekabr 2015

İdman növləri[redaktə | mənbəni redaktə et]

UNEC 2015 Tələbə İdman Oyunlarında 11 idman növündə yarışların keçirilməsi gözlənilir.

Təqvim[redaktə | mənbəni redaktə et]

OC Açılış mərasimi İdman müsabiqəsi 1 Final CC Bağlanış mərasimi
Dekabr 14
B.e.
15
Ç.a.
16
Ç.
17
C.a.
18
C.
19
Ş.
20
B.
21
B.e.
22
Ç.a.
23st
Ç.
24nd
C.a.
Medal
Mərasimləri
       Mərasimlər OC CC
Oxatma
Yüngül Atletika
Badminton
Basketbol
Şahmat
Velosiped sürmə
Futbol
Cüdo
Stolüstü tennis
Voleybol
Güləş
Cəmi
Dekabr 14
B.e.
15
Ç.a.
16
Ç.
17
C.a.
18
C.
19
Ş.
20
B.
21
B.e.
22
Ç.a.
23st
Ç.
24nd
C.a.
Medal
Mərasimləri

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "UNEC I Tələbə İdman Oyunları" təşkil olunacaq
  2. "yarışlar 14-24 dekabr tarixlərində təşkil olunacaq". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.
  3. "http://unec.edu.az". 2015-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.