USS Lawrence (azərb. Lourens) — ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində tikilən Niaqara sinfi briq. Gəmi Daniel Dobbins və Oliver Azar Perrinin nəzarəti altında Adam və Noa Braun qardaşları tərəfindən 1812-ci il müharibəsində Böyük göllərdə ABŞ donanması üçün tikilmişdir.
Lourens | |
---|---|
USS Lawrence | |
| |
Ölkə | ABŞ |
Təşkilat | |
Salınma tarixi | 24 may 1813 |
İstehsalçı | Adam və Noa Braun |
Sinifi | Niaqara |
Növü | yelkənli döyüş gəmisi |
Təyinatı | ABŞ donanması |
İştirak etdiyi döyüşlər | |
Top | 20 |
Dor ağacı | 4,95 metr |
Uzunluğu | 33,45 |
Su sıxışdırması | 493 |
Vikianbarda əlaqəli mediafayllar |
Gəminin tikilməsi haqda göstəriş 1813-cü ilin avqustunda verilmişdir. Tikilməsinin ardından gəmi müqavimət göstərən britaniyalıları tapmaq üçün Detroyt şəhərinə üzmüşdür. 10 sentyabr 1813-cü ildə Eri gölü döyüşündə Oliver Azar Perrinin komandirliyi altında bu gəmi də iştirak etmişdir, amma gəmi döyüşdə yanğın üzündən yararsız hala düşmüşdür. Buna görədə Perri qardaş gəmi olan "Niagara" ilə döyüşə davam etmiş və döyüşdə uğur qazanmışdır.
1815-ci ilin ortalarında — müharibənin sonlarında gəmi gövdəsini qorumaq üçün Presk Ayl Dövlət Parkının yaxınlığında yerləşən Miseri körfəzində batırılmışdır. Onun batırılmış gövdəsi 1825-ci ildə satılmışdır. 1836-cı ildə tədqiqat məqsədi ilə sudan çıxarılması istisna olmaqla düz 50 il suyun altında qalmışdır.
1875-ci ilin sentyabrında gəminin qalıqları sudan çıxarılmış, hissələrə bölünərək dəmiryolu ilə Filadelfiya şəhərinə göndərilmişdir. 1876-cı ildə Yüzillik sərgidə sərgilənmişdir. Gəminin qalıqları sərgidə baş verən yanğın səbəbi ilə məhv olmuşdur.