Ultra-wideband (UWB, ultra wideband, ultra-wide band və ultraband) — radio spektrinin böyük bir hissəsi üzərində qısa diapazonlu, yüksək buraxılış zolaqlı kommunikasiya üçün çox aşağı enerji səviyyəsindən istifadə edə bilən radio texnologiyası.[1] UWB qeyri-kooperativ görüntüləmə radarında ənənəvi tətbiqlərə sahibdir. Ən son tətbiqlərə sensor məlumatlarının toplanması, dəqiq yer təyin etmə[2] və izləmə daxildir.[3][4][5] Yüksək səviyyəli smartfonlarda UWB dəstəyi 2019-cu ildə görünməyə başlayıb.
UWB geniş buraxılış zolağında (>500 MHz) məlumat ötürmək texnologiyasıdır. Bu, eyni tezlik diapazonundakı şərti dar buraxılış zolağına və daşıyıcı dalğa ötürülməsinə müdaxilə etmədən böyük miqdarda siqnal enerjisinin ötürülməsinə imkan verir. Bir çox ölkələrdə tənzimləyici məhdudiyyətlər radio buraxılış zolağının enindən bu cür səmərəli istifadə etməyə imkan verir və yüksək məlumat sürətinə malik şəxsi sahə şəbəkəsi (PAN), daha uzun məsafəli aşağı məlumat sürəti olan tətbiqləri və mövcud kommunikasiya sistemləri ilə radar və görüntüləmə sistemlərinin şəffaf birgə mövcudluğunu təmin edir.
UWB əvvəllər nəbzli radio olaraq tanınırdı, lakin FKK və Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Sektoru (ITU-R) hazırda UWB-ni emissiya edilmiş siqnalın buraxılış zolağının eni 500 MHz-dən az və ya arifmetik mərkəzi tezliyi 20%-dən çox olan antena ötürməsi kimi müəyyən etdi.[6] Beləliklə UWB buraxılış zolağının enini (və ya darzolaqlı daşıyıcının ən az 500 MHz aqreqatı; məsələn ortoqonal tezlik bölgüsü multipleksasiyası) əhatə edən nəbz əsaslı sistemlər qaydalara uyğun olaraq UWB spektrinə daxil ola bilər.
Adi radio ötürücüləri ilə UWB arasında əhəmiyyətli fərq ondan ibarətdir ki, ənənəvi sistemlər sinusoidal dalğanın güc səviyyəsini, tezliyini və ya fazasını (və ya bunların kombinasiyasını) dəyişdirərək məlumat ötürür. UWB isə müəyyən vaxt intervallarında radio enerjisi yaradaraq və böyük zolağı əhatə edərək məlumat ötürür. Beləliklə nəbz mövqeyi və ya vaxt modulyasiyasına imkan verir. Məlumat həmçinin nəbzin ziddiyətini, onun amplitudasını kodlaşdırmaqla və/ya ortoqonal nəbzlərdən istifadə etməklə UWB siqnalları üzərində modulyasiya edilə bilər. UWB nəbzləri vaxt və ya mövqe modulyasiyasını dəstəkləmək üçün nisbətən aşağı nəbz sürətlərində sporadik olaraq göndərilə bilər, həm də UWB nəbz buraxılış zolağının eninin tərsinə qədər sürətlə göndərilə bilər.[7]
UWB radio sistemi müxtəlif tezliklərdə ötürülmənin "keçmə vaxtını" təyin etmək üçün istifadə edilə bilər. Bu çox yollu yayılmanı aradan qaldırmağa kömək edir, çünki bəzi tezliklərin görmə xətti trayektoriyası var. Digər dolayı yollarda isə daha uzun gecikmələr var. Birgə simmetrik ikitərəfli metod sayəsində məsafələr yüksək çözümlülük və dəqiqliklə ölçülə bilər.[8]