Federal Kommunikasiya Komissiyası (FKK) (ing. Federal Communications Commission) — ABŞ-də radio, televiziya, simli, peyk və kabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi (ing. homeland security) sahələrində yurisdiksiyasını saxlayır.[1]
Federal Kommunikasiya Komissiyası | |
---|---|
Federal Communications Commission | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | Amerika Birləşmiş Ştatları |
Yaradılma tarixi | 19 iyun 1934 |
Ştat sayı |
|
Rəsmi saytı | fcc.gov |
Vikianbarda əlaqəli mediafayllar |
FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır.[2] Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsini və ABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi.[3] 2020-ci ilin iyul ayına olan məlumata əsasən 1,482 federal işçisi mövcuddur.[4]
1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktının Birinci Bölməsində göstərilən və 1996-cı il Telekommunikasiya Aktı ilə düzəliş edilmiş FKK-nın missiyası (47 U.S.C. §151-ə düzəliş) "irqinə, rənginə, dininə, milli mənşəyinə və ya cinsinə görə ayrı-seçkilik etmədən, sürətli, səmərəli, ümummilli və dünya miqyasında simli və radio rabitə xidmətlərini mümkün qədər bütün ABŞ xalqına münasib ödənişlərlə adekvat imkanlarla təqdim etmək"dir. Bundan əlavə, akt FKK-nın "milli müdafiə məqsədi ilə" və "simli və radio kommunikasiyasından istifadə etməklə həyat və əmlakın təhlükəsizliyini təşviq etmək məqsədilə" yaradıldığını deyir.[1]
Həmçinin 1999-cu il Hökumətin Fəaliyyəti və Nəticələri Aktına (GPRA) uyğun olaraq FKK 2018-22 Strateji Planında dörd məqsəd müəyyən edilmişdir: Rəqəmsal Bölünmənin Bağlanması, İnnovasiyaların Təşviqi, İstehlakçıların və İctimai Təhlükəsizliyin Mühafizəsi və FKK İcraatlarında İslahat.[5]
İnternet portalı Telekommunikasiya portalı Televiziya portalı ABŞ portalı |