Uayldfell-Holldan olan yad qadın (ing. The Tenant of Wildfell Hall) — Enn Brontenin 1848-ci ildə yazdığı roman. 1968 və 1996-cı ildə əsərin mini-serialı çəkilmişdir.
Uayldfell-Holldan olan yad qadın | |
---|---|
ing. The Tenant of Wildfell Hall | |
Janr | Məhəbbət romanı |
Müəllif | Enn Bronte |
Orijinal dili | İngilis dili |
Yazılma ili | 1848 |
Nəşr ili | 1848 |
Nəşriyyat | Thomas Cautley Newby |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
'Wildfel Hall'ın kirayənişi' - Bronte bacılarının ən kiçiyi olan Enn Brontenin qələmə aldığı ikinci romanıdır. İlk dəfə 1848-ci ildə nəşr edilən əsərin əsas mövzusu, yarı xaraba bir qəsrə yerləşən əsrarəngiz və bir qadının ətrafında cərəyan edən hadisələrdən ibarətdir. Gilbert Markham adlı bir gəncin məktubları ilə başlayan roman, əvvəlcə bir çox əsrarəngizlik daşısa da, hadisələr, romanın əsas qadın obrazı olan Helenin gündəliklərinin nəql edilişindən sonra aydınlıq qazanmağa başlayır. Klassik dünya ədəbiyyatının şedevrlərindən olan roman əsrlər keçsə də maraqla oxunmağa davam edir.