Uc (feodalizm)

1261-ci ildə Kiçik Asiyadakı siyasi vəziyyət:
  (A) Trabzon imperiyası
  (B) Nikeya imperiyası
  (C) Latın imperiyası
  (D) Kilikiya çarlığı
  (E) Səlcuqlu dövləti
  1. Çobanoğulları
  2. Qaramanoğulları
  3. İnancoğulları

Uc (türk. ; kənar, son) — köçəri türkmənlərin üstünlük təşkil etdiyi, adətən "kimsəsiz torpaqlar" kimi təsvir edilən torpaq mülkiyyət forması. Əsasən Anadolu, BalkanlarPireney yarımadasında formalaşmış müsəlman dövlətlərində olurdu. Bu torpaqlar tayfa başçılarına dövlətin ucqar sərhədlərini xarici qüvvələrdən qorumaq öhdəliyi müqabilində verilirdi. İrsən keçmirdi.[1]

Bizansın xaraba qalmış Saqalassos qalasında şəhərin xristian sakinləri ilə buraya gələn türklər arasında münasibətlər mənfi zəmində idi. Bu səbəbdən türkmənlər "qarahisar"ın özündə deyil, onun kənarındakı ayrı kəndlərdə məskunlaşmağa başlamışdılar.[2]

Tutulan bəzi yunan şəhərlərinin əhalisinin sayı xeyli azalmış olsa da, qismən qorunurdu. Qalan xristian yunanlar vergi planında (zimmi) istismar olunurdu, onlardan həm də devşirmə, qadınlardan fahişə, qul, cariyə kimi istifadə olunurdu.[3][4] Hər halda, Səlcuqlu uclarında qalan yunanlar tədricən türkləşməyə və islamlaşmaya məruz qalmışdılar.[5] Həmçinin, oturaq həyat tərzinə keçən türkmənlər onların iqtisadiyyatlarını təqlid edərək xaraba qalmış Bizans şəhərlərinə daha yaxın yerlərdə məskunlaşmağa başlamışdılar.[6]

  1. AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ[ölü keçid]
  2. Brice, W C. "The Turkish colonization of Antolia" (PDF). 1955. 2020-12-12 tarixində arxivləşdirilib (PDF).
  3. Jeffrey Hays. "IBN BATTUTA IN IRAQ, PERSIA AND ANATOLIA | Facts and Details" (ingilis). factsanddetails.com. 2018-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-06.
  4. Marina A. Tolmacheva. Concubines on the Road: Ibn Battuta's Slave Women. (ingilis). 2017-12-21. doi:10.1093/oso/9780190622183.001.0001/oso-9780190622183-chapter-9.
  5. Dimitri Korobeinikov. How 'Byzantine' Were the Early Ottomans? Bithynia in ca. 1290-1450. (ingilis).
  6. A.C.S. Peacock. The Seljuk Sultanate of Rūm and the Turkmen of the Byzantine frontier, 1206–1279* (PDF) // Al-Masāq . 26 (ingilis) (3). 2014-09-02. 267—287. doi:10.1080/09503110.2014.956476. ISSN 1473-348X 0950-3110, 1473-348X (#bad_issn).

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Emecen F. Uç beyi // Islam Ansiklopedisi . 42 (türk). 2012. 38—39.
  • Zachriadou E. Udj. The encyclopaedia of Islam, new edition. X. Leiden: BRILL. In Houtsma, Martijn Theodoor. 2000. 204–206.