Udegey (udey) dili — udegeylərin dili, digər amur dilləri ilə birlikdə Tunqus-mancur dilləri dil ailəsinin tunqus qrupunun amur yarımqrupunu təşkil edir. Oroç dilinə yaxındır.
Rusiyanın Primorsk və Xabarovsk diyarlarının bir neçə kənd rayonlarında yayılıb. Ərazi ruplarının danışığında müəyyən fərqlər vardır. Sayları — 103 nəfərdir (2010, siyahıya alınma). 2002-ci ildə udegey dilində 227 nəfər danışırdı[1].
Udegey dilində əsasən yaşlı nəsil məişətdə istifadə edir ( 70 yaşdan yuxarı). Bütün udegeylər rus dilində sərbəst danışır, bəziləri oroç və nanay dillərini yaxşı bilirlər. Doğma dil kimi udegeylərin 24,3 %, rus dilində, 17,6 %Rusiyanın digər dillərində sərbəst danışır.