Udegeylər, удэге́ (1956 ilə qədər— Udexeyç', həmçinin Ydexe) — Rusiya Federasiyasında Uzaq şərq bölgəsində yayılmış yerli xalq. Monqoloid irqinə mənsubdurlar.
Ümumi sayı | |||
---|---|---|---|
1700 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Dil — Udegey dili Tunqus-mancur dillərinin amur qrupunda danışırlar. Oroçi dilinə yaxınlığı ilə seçilir. Hazırda əhalinin böyük əksəriyyəti rus dilində danışır.
2002-ci il məlumatına əsasən Rusiya ərazisində 1657, Ukraynad isə 2001 ilə olan məlumata əsasən 41 nəfər udegey müəyyənləşmişdir. Sorğu nəticəsində 42 nəfərdən cəmi 8 (19 %) udegey dilini doğma dili hesab etmişdir. Altı nəfər doğma dillərinin ukrayn, yerdə qalanlar isə rus dili olduğunu bildirmişlər[4].
Bununla da Rusiya və Ukraynada olan udegeylərin ümumi sayı 1,7 min nəfər təşkil etmişdir.
Udegeylər əsasən Primorsk diyarı ərazisinfə yayılmışlar. Onlara həmçinin Xabarovsk diyarında belə rast gəlinir. Xüsusi ilə Ussuri və Amur çayı hövzələrində yayılmışlar.
IV–VI əsrlərdə onların 7 qəbiləsi Yapon dənizi sahillərində yaşayırdı[5]. Udegeylər tarixləri boyunca Nanaylar, Evenklərlə əlaqə yaratmışlar. Orolarla isə daha sıx əlaqə qurulmuşdur. Əraziyə gələn rurlar bu iki xalqı bir-birindən seçə bilmirdilər.
Rusların bölgələ gəlməsinə qədər onların yazısı olmamışdır. 1930-cu illərdə rus əlifbası əsasında əlifbası yaradılmışdır. Əsasən Şamanizm və Animizm geniş yayılmışdır. Ruslar onları xristianlaşdırmışlar. Az bir qisim şamanizmdə qalır. Onların əsas məşğuliyyəti ovçuluq olmuşdur. Ov Ayı və Amur pələnginə qarşı belə həyata keçirilmişdir[6]. Kişilər ovçuluq qadınlar isə yığıcılıqla məşğul olurdular.
2002-ci il məlumatına görə hazırfa dünyada 1657 nəfər udegey yaşayır. Bununla belə onların böyük hissəsi şəhər və qəsəbələrdə yaşayırlar. Bu yaşayış məntəqələrinin böyük əksəriyyətində ruslar yaşadığından udegeylər tədricən dillərini itirirlər. Tədricən ruslar tərəfindən asimilyasiyası olurlar. 1657 nəfər udegeydən cəmi 400 nəfər Udegey dili bilir. Dili bilənlərin böyük əksəriyyəti yaşlılardır. Bu xalqın əsas problemlərindən biri alkoqolizmdir. Onlar arasında yayılan bu pis vərdiş onların sayına mənfi təsir göstərir. Digər problem isə onların yaşadığı ərazilərdə meşəliklərin iri şirkətlır tərəfindən tədarüküdür.