Ueşeş

Ueşeş
Heroqliflərdə
V4G1M8G1M8G1T14 A1 Z3
N25

Ueşeş (q.misir wꜣšꜣšꜣ və ya wꜣšš) — Qədim Misir kitabələrində haqqında məlumat verilən "dəniz xalqları"ndan biri. Onların adları II minilliyin axırlarına aid mənbələrdə çəkilir.

Tarixi[redaktə | mənbəni redaktə et]

"Ueşeş" Qədim Misir mənbələrində adları çəkilən "dəniz xalqları"nı təşkil edən müxtəlif qruplar arasında ən az tədqiq olunanıdır. "Ueşeş" adı "Ekveş" ilə birlikdə sadəcə III Ramzesin hakimiyyətinə aid mənbələrdə hallanır.[1][2] "Ueşeş" üçün heç bir vizual təsvir müəyyən edilməmişdir.[3]

Mənbələrə görə, "Ueşeş" Amurru çarlığının ərazisində düşərgə salmışdı. "Ueşeş" və onların digər "dəniz xalqları" ilə qurduqları koalisiya fironun orduları tərəfindən darmadağın edilmişdir. Bu döyüşdən sonra "dəniz xalqları"ndan çoxlu sayda əsir götürülmüşdür.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Edward Noort. Die Seevölker in Palästina. Kampen. 1994. 56–57. ISBN 9789039000120. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  2. Samuel Birch. Plate LXXVI // Facsimile of an Egyptian hieratic papyrus of the reign of Rameses III, now in the British Museum, Papyrus Harris no 1. London: British Museum, Department of Egyptian and Assyrian Antiquities. 1876. 28, 76. 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  3. Heike Sternberg-el Hotabi: Der Kampf der Seevölker gegen Pharao Ramses III. Rahden 2012, S. 50.
  4. Edward Noort. Die Seevölker in Palästina. 1994. 74–77. ISBN 9789039000120. 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.