III Ramzes

III Ramzes (təq. e.ə. 1217, Tebentəq. e.ə. 1155, bilinmir) — Qədim Misir fironu. Təxminən e.ə. 1185–1153 illərdə hakimiyyətdə olmuşdur.

Qədim Misir fironu
III Ramzes
Sülalə İyirminci sülalə
Tarixi dövr Yeni padşahlıq, İyirminci sülalə
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III Ramzesin hakimiyyət illəri Qədim Misir dövlətinin Yeni padşahlıq erasının sonuncu yüksəliş dövrü olmuşdur. Qalibiyyətli müharibələr nəticəsində ölkənin varlığı saxlanılmış və özünün 3000 illik tarixdə sonuncu dəfə yenidən çiçəklənmə dövrünə daxil olmuşdur.

Xalq III Ramzesə "Ramzes-pa-nuter" deyirdilər. Bu isə "Ramzes-allah" deməkdir.

Hərbi kampaniyalar

[redaktə | mənbəni redaktə et]

III Ramzesin dəfn olunduğu Mədinət-Əbu məbədindəki yazılara əsasən hakimiyyətinin 5-ci illərində liviyalılar çarları Termerin başçılığı ilə Misirə qərb tərəfdən hücum etmişlər. Misir qoşunu Hesef-Thamhu adlanan yerdə liviyalıları darmadağın edir.

Minlərlə liviyalı öldürülür və əsir götürülür. Məlumatlara görə 12535 ölmüş liviyalının əlləri kəsilmiş və firona qələbə hədiyyəsi kimi gətirilmişdir. Onlar arasında növbəti qarşıdurma isə Ramzesin 11-ci hakimiyyət ilində baş verir.

"Dəniz xalqı" ilə müharibənin olması barədə də məlumatlar var. Yazılara görə bu hadisə fironun hakimiyyətə gəlməsindən 8 il sonra olmuşdur.